azia.az
azia.az

Gilasın 7 faydası: Bu xəstəliklərdə dərman sayılır

14-06-2020, 15:59


Mövsümün ən bol və sevilən meyvələrindən biri də gilasdır. Gilas ən çox dadına görə sevilir və bol-bol qəbul edilir. Amma bir çoxları gilasın faydalarından xəbərsizdir. Azia.az Türkiyə mediasına istinadən xəbər verir ki, vitaminlərlə zənginliyi sayəsində orqanizm üçün çox fayadalı olan gilas hətta bir sıra xəstəliklər üçün dərman hesab olunur. Dietoloq Ferdi Öztürk gilasın 7 şəfaverici xüsusuiyyətini açıqlayıb:

1. Vitamin ve mineral deposudur. A vitamini ilə çox zəngindir. Potasium və liflə zənginliyi sayəsində antioksidant özəlliyi var.

2. Podaqra xəstəliyinin müalicəsində təbii dərman sayılır. Podaqra xəstəliyinin qanda sidik turşusu miqdarının artmasından qaynaqlandığı bildirlir. Qanda yüksək miqdarda olan sidik turşusu ən çox ayaq baş barmağında, oynaqlarda ağrı və şişkinliyə səbəb olur. Hesab olunur ki, gilasın tərkibində olan faydalı elementlər qanda sidik turşusu miqdarının normallaşmasına kömək edir. Bir sözlə, gilas podaqra xəstəliyinin müalicəsində önəmli rol oynayır.

3. Gilas böyrək sağlamlığını qoruyur. Gilasın tərkibində olan elementlər böyrəklərdə daş və duz yaranmasının qarşısını alır, eləcə də böyrəkdə olan duzların tökülməsinə kömək edir.

4. Gilas immuniteti gücləndirir. Fitokimyəvi maddələrlə zəngin, antioksidant sayılan bu meyvə orqanizmdə olan iltihabi proseslərin qarşısını alır, şişi aradan qaldırr. İnfeksion xəstəliklərlə mübarizədə ən faydalı təbii dərman sayılır.

5. Gilas həm də qəbizliyə qarşı çox faydalı meyvə sayılır. Liflə zəngin olduğundan gilas həzmi asanlaşdırır. Həzmi nizamalayaraq qəbizlik və köp problemini aradan qaldırır.

6. Yağların bədəndə toplanmasının qarşısını alır. Hesab olunur ki, artıq çəki probleminin aradan qaldırılmasında gilasdan istifadə oluna bilər. Gilasın tərkibində olan maddələr lipid metabolizmasını tənzimləyir. Dietlərdə gilasa mütləq yer ayrılmalıdır. Yemək aralarında gündə 10-15 ədəd gilas yemək tövsiyə olunur. 14-15 ədəd gilas 100 qram təşkil dir. Bu isə 65 kaloridir. Gilas orqanizmdə depolanan yağların azalmasına, qanda şəkərin normallaşmasına, insulin rezistentliyinin aradan qalxmasına yardım edir.

7. Gilas bədəndən nikotinin kənarlaşasmasına yardım edir. Siqaret çəkənlərdə nikotin asanlıqla ağciyərlərə yayılır, oradan isə qana keçir. Gündə bir porsiya gilas nikotini bədəndən kənarlaşdıra bilir. Gilas tərkibindəki flavonoidlər sayəsində heceyrə divarının zədələnməsinin qarşısnı alır, bədəndə olan toksik maddələri təmizləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi