azia.az
azia.az

ƏƏSMN -dən daha bir “yardım dələduzluğu” - İşsiz statusu olan xanıma aktiv VÖEN-i olduğu bildirilib

1-06-2020, 11:05

ƏƏSMN -dən daha bir “yardım dələduzluğu” - İşsiz statusu olan xanıma aktiv VÖEN-i olduğu bildirilib
Koronavirus rejimi Azərbaycanda sosial yönümlü hökumətin gerçəkdə sosial yardımları yeməsini tam çılpaqlığı ilə ortaya qoydu. Guya 600 min işsiz ailəyə toplam 380 manatlıq sosial yardım verilib ! Gerçəklik isə başqa şey deyir. Yardım üçün müraciət edən subay vətəndaşı həyat yoldaşının (?) gəlirləri ilə yardımdan məhrum edən sosial müdafiə məmurları işsiz statusu daşıyan şəxsləri vergi ödəyiciləri olmaqda ittiham edib yardımla yarıtmırlar .Xətai rayonu, Telnov küçəsi, ev 18a-da məskunlaşan , sözügedən rayonda işsiz kimi uçotda olan S.Hüseynovanın da “bəxtinə aktiv VÖEN-i olmaq imtinası” yazılıbmış. Öncə kiminsə onun adından özünün xəbəri olmadan VÖEN açdığını güman edən işsiz ali təhsilli xanım bu VÖEN-in ləğv edilməsinə elektron qaydada ərizə verib və. .. bəlli olub ki, adına VÖEN yoxdur! Xanım dövlətin və hökumətin birinci şəxslərinə, İqtisadiyyat Nazirliyinin , ƏƏSMN-in rəhbərliyinə bir aya yaxındır baş verən pozuntu ilə bağlı müraciət edərək, ya işsiz kimi ona düşən aylıq 190 manatlıq yardımla təmin edilməsini, ya da VÖEN-i varsa, iş yerini itirməyə görə yardım verilməsini diləsə də, hələ ki, heç bir cavab verilməyib. Bircə BMT-nin Bakı ofisindən müraciətin ofisə daxil olduğu bildirilib.

İndi bir aya yaxındır, işsiz, yardımsız qalan xanım cavab gözləyir ki, görəsən, bu yol hansı imtinanı bəhanə edəcəklər? !
Məğrur Bədəlsoy
Adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi