azia.az
azia.az

Kilsəyə getdilər, koronavirusa yoluxdular

24-05-2020, 13:36


Almaniyanın Frankfurt əyalətində olan bir kilsədə ayin üçün yığışan 40 nəfər koronavirusa yoluxub.
Kilsəyə getdilər, koronavirusa yoluxdular
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, may ayının 10-da Frankfurtdakı “Evangeliums-Christen-Baptisten Kilisəsi”ndə dini ayin icra olunub. Ötən gün Frankfurt səhiyyə dairəsi məlumat yayaraq bəyan edib ki, həmin ayində iştirak edən 40 nəfərdə koronavirus aşkar edilib.

Kilsə dərnəyinin rəhbəri Vladimir Pritzkau bildirib ki, koronavirus aşkar edilən həmin şəxslərin böyük əksəriyyəti evlərində karantin altına alınıb, digər 6 nəfər isə xəstəxanada müalicə alır.

Pritzkau ayin zamanı neçə nəfərin iştirak etdiyini açıqlamasa da qeyd edib ki, kilsədə bütün fəaliyyətlər dondurulub, ayinləri internet üzərindən həyata keçirirlər.

Xalidə Gəray,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi