azia.az
azia.az

Baş Dövlət Yol Polisi İdarəsi də 5 manatlıq MMC-lərlə işbirliyinə başladı

20-05-2020, 11:44

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsərrüfat mallarının satın alınması üzrə 12.03.2020-ci il tarixdə elan olunmuş açıq tenderə 18.05.2020-ci il tarixdə yekun vurulub və “Orion F” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 249435.48 manat məbləğində müqavilə bağlanıb.İdarə eyni zamanda katriclərin satın alınması üzrə 11.03.2020-ci il tarixdə elan olunmuş açıq tenderə də 18.05.2020-ci il tarixdə yekun vurulub. Bu lot üzrə isə”Global Corporate Services” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunub və idarə ilə 280981.6 manat məbləğində müqavilə bağlanıb.İdarənin 18.05.2020-ci il tarixdə yekun vurduğu digər lot,dəftərxana ləvazimatlarının satın alınması üzrə 10.03.2020-ci il tarixdə elan etdiyi tender olub. Bu tenderdə isə”Libro İ” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunub və Baş Dövlət Yol Polisi İdarəsi ilə 292424.19 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki,tərəflər arasında bağlanmış bu müqavilələrdə ilk baxışdan qeyri-adi heç nə görsənmir. Lakin bir az dərinliklərinə varanda qeyri adiliyi üzə çıxır.İdarənin Tender Komissiyası tərəfindən ya nəzərə alınmayan,ya da bilərəkdən göz yumduqları bir çox məsələlərlə oxucuları tanış etməzdən əvvəl qalib şirkətləri bir-bir onlara təqdim etmək istərdik.

Sözügedən qalib şirkətlərdən olan”Orion F” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb.Elə həmin tarixdə də reyestrdən son dəfə çıxarış verilmiş MMC-nin nizamnamə kapitalı cəmi 5 manat, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ,ev 5103 göstərilib. Qanuni təmsilçisi Cabbarova Fəridə Əliağa qızı olan MMC-nin fəaliyyət sferası barədə əlavə heç bir məlumat əldə edə bilmədik.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “Libro İ” MMC isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 24.10.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Elə həmin tarixdə də reyestrdən son dəfə çıxarış verilmiş bu MMC-nin də nizamnamə kapitalı cəmi 5 manat,hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Aşıq Molla Cümə,ev 9A, m.21 göstərilib.Qanuni təmsilçisi Yəhyayeva İradə Bəxtiyar qızı olan bu MMC-nin də fəaliyyət sferası barədə əlavə heç bir məlumat əldə edə bilmədik.

“Global Corporate Services” Məhdud Məsuliyyətli Cəmiyyətə ( VÖEN-1403820421) gəldikdə isə.Sözügedən bu MMC isə kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 02.06.2017-ci ildə dövlət qeydiyyatına alınıb.Elə həmin tarixdə də reyestrdən son dəfə çıxarış verilmiş bu MMC-nin də nizamnamə kapitalı cəmi 5 manat, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu,Süleyman Rəhimov, ev 189 göstərilib.Yuxarıda adlarını çəkdiyimiz xanım təmsilçilərdən fərqli olaraq”Global Corporate Services” MMC-nin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğlu barədə məlumatlar kifayət qədərdir.Belə ki,bu adam Daxili İşlər Nazirliyinə birbaşa tabeli qurum olan Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ya yaxın adamdır,ya da onları ustalıqla aldada bilib.

Aktualinfo.org internet üzərindən apardığı araşdırmalar zamanı “Global Corporate Services” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi olan Yəhyayev Orxan Azər oğlunun eyni zamanda “Euro Brand” MMC adlı şirkətin də qanuni təmsilçisi olduğu müəyyən olmuşdur. Bu barədə 15 noyabr 2019-cu il tarixində “Euro Brand” MMC (VÖEN-1404832841) adlı şirkətin yaranmasından cəmi ay yarım sonra kotirovka sorğusunun qalibi elan olunması barədə məlumtlara dövrü mətbuatda da rast gəlmək mümükündür.Ötən ilin sentyabr ayında yaradılmış bu MMC cari ilin fevral -aprel aylarında ayrı-ayrı dövlət orqanları tərəfindən bir sıra satınalmaların qalibi elan edilərək müxtəlif məbləğlərdə müqavilələr bağlayıb.

Nizamnamə kapitalı 5 manat olan “Euro Brand” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 55, m 48-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğludur. Həmin Yəhyayev Orxan Azər oğlunun qanuni təmsiçisi olduğu digər şirkətin,”Global Corporate Services” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri,Nərimanov rayonu,Süleyman Rəhimov, ev 189 qeyd olunub.Fərqli ünvanları olan bu MMC-lərin eyni ada, eyni soyada və eyni ata adına malik qanuni təmsilçilərinin olması heç də təsadüf deyil.Biz deyərdik ki,”Libro İ” MMC -nin qanuni təmsilçisi olan Yəhyayeva İradə Bəxtiyar qızı ilə Yəhyayev Orxan Azər oğlunun hansısa formada bağlılığı var.Açıq internet resurslarda isə nə”Euro Brand”nə də”Global Corporate Services”MMC barədə heç bir məlumata rast gəlmək mümkün olmadı.Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğlunun ad, soyad və ata adına uyğun olan şəxslə “Muğanbank” ASC tərəfindən borcun ödənilməməsi barədə məhkəmə qarşılaşması olub.”Muğanbank” aldığı ipoteka kreditini ödəmədiyi iddiası ilə Yəhyayev Orxan Azər oğlunu məhkəməyə verməsi barədə məlumatlar var.

Qayıdaq Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi tender prosedurlarına.Sözügedən tenderlərə də yol verilmiş qüsurları,qanun pozuntularını görməmək mümkün deyil. Belə ki,tenderlərin keçirilməsində “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə riayət olunmamaış, malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər açıq şəkildə pozulmuşdur.Tender elanlarında da açıq şəkildə yazıldığı kimi, satınalma müqaviləsi bağlanan zaman podratçının müvafiq sahədə peşəkarlığı,təcrübəsi,texniki və maliyyə imkanları,işçi qüvvəsi,idarəetmə səriştəsi və etibarlığı əsas şərt kim götürülür. Lakin maliyyə imkanları bəlli olmayan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin etibarlılığına kim zəmanət verib,bəlli deyil.

Baş Dövlət Yol Polisi İdarəsinin elan etiyi tenderlərin digər qeyr-adiliyi isə qiymətlərin süni şəkildə şişirdilməsinin açıq-aydın görsənməsidir. Sözügedən tenderlərdə alınacaq malların təsnifatına diqqətlə nəzər yetirdikdə dəftərxana ləvazimatları üçün yüz minlərlə dövlət vəsaitinin ayrılması həddindən artıq çox olduğundan xəbər verir. Elə bizlərə də daim lazım olan kağız qələm,karandaş,staple kimi dəftərxana ləvazimatlarının real qiymətlərini hər birimiz çox gözəl bilirik.Təbii ki, bu ləvazimatları çox aldıqda topdansatış qiymətləri ilə daha da ucuz almaq mümkün olardı.Bu kimi xırda detalları Baş Dövlət Yol Polisi İdarəsinin Tender Komissiyası necə görməyə bilərdi? Təsərrüfat mallarının, dəftərxana ləvazimatlarının və katriclərin alınmasına ümumi oaraq 800 000 manatdan çox vəsaitin xərclənməsi nə dərəcədə real görsənir,özünüz qiymət verin.Mövzuya qayıdacağıq.



Aktualinfo.org



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi