azia.az
azia.az

Sümük əriməsinin qarşısını alır, immun sistemi möhkəmləndirir - Mavi yumurta haqqında maraqlı FAKTLAR

22-05-2020, 14:31


Əksər insanların gündəlik həyatlarında yumurta yemək vərdişləri var. Əvəzsiz səhər yeməyi saya biləcəyimiz yumurta, ümumiyyətlə ağ, qaymaqlı və qəhvəyi rəngdədir. Bildiyimiz bu yumurtalardan fərqli olaraq, haqqında eşitdiyimiz “Mavi yumurta”nın sağlam və normal yumurtalardan daha yüksək proteinə sahib olduğu deyilir.
Sümük əriməsinin qarşısını alır, immun sistemi möhkəmləndirir - Mavi yumurta haqqında maraqlı FAKTLAR
Son illər məşhurlaşan mavi yumurta ilə bildiyimiz yumurta arasındakı fərqlər nələrdir?

Mavi yumurta, mənşəyi Cənubi Amerikadakı Çilidə olan toyuq cinsi “Araucana”nın yumurtasıdır. Bu toyuqların bədən xüsusiyyətlərinə görə quyruqları yoxdur və bunun əvəzinə qulaq quyruqları var. Yumurtanın rənginin mavi olmasının səbəbi “Araucana” cinsindən olan piqmentlərdir.


“Araucana” toyuqlarına bənzər mavi yumurta qoyan digər toyuqlar “Ameraucana” və “Pasxa Egger”dir. “Araucana”dan fərqli olaraq, bu toyuqların qulaq quyruqları əvəzinə saqqalları var. “Pasxa Egger” adlı toyuq cinsi isə ən çox rast gəlinənlərdəndir. Bu toyuqlar genlərini “Araucana” və “Ameraucana” cinslərindən götürən hibrid cinslərdir, yumurtaları solğun çəhrayı, qara və qəhvəyi rəngdə də ola bilir.


“Cream Legbar” adlı toyuq cinsi isə İngiltərədəki Kembric Universitetində iki professor tərəfindən hazırlanmış bir növdür. Onlar “Playmouth Rock” və “Araucana” toyuqlarının qarışığından bu cinsi əldə ediblər.


“Arkansas Blue” adlı toyuq cinsi isə Amerikanın Arkanzas əyalətində tədqiqatçılar tərəfindən hazırlanan toyuq cinsidir. Bu toyuqlar da mavi yumurta qoyur.

Mavi yumurtanı qida dəyəri baxımından zənginləşdirən amillərə baxaq ...
Dəmir, sink, kalsium kimi yüksək miqdarda minerallar və A, D, E , B vitaminlərini özündə birləşdirən bu yumurta qidalanma baxımından tam bir protein mənbəyidir.

Bu yumurtadan düzgün bəslənmə və çəki nəzarəti kimi hallarda istifadə olunsa da daha çox uşaqların fiziki və zehni inkişafını dəstəkləyir.

Bu yumurtada yağ və xolestrol səviyyəsi aşağıdır. D vitamini və kalsiumla zəngin olduğu üçün uşaqlarda və qadınlarda sümük əriməsinin qarşısını alır. Həmçinin, dəmirlə zəngin olması qanazlığının qarşısını almaq üçün də təbii dərmandır.

Bir çox xəstəliyin müalicəsində istifadə olunan yumurta pərdəsi mavi yumurtada daha qalın olur. Mavi yumurtaların sarısı digərlərinə nisbətən daha böyükdür. Bu yumurtalarda doymamış yağ turşuları daha yüksək olduğu üçün bir çox hallarda ürək-damar xəstələri tərəfindən istifadəsi məsləhət görülür. Selen elementi ilə zəngin olan mavi yumurtalar immun sistemini də möhkəmləndirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi