azia.az
azia.az

Televiziyada utancverici hadisə - Mərhum aktyoru efirə dəvət etdilər

22-05-2020, 14:29


“30 il əvvəl dünyasını dəyişən xalq artisti, aktyor Hamlet Xanızadəni efirə, verilişə dəvət ediblər”.

Musavat.com bildirir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı öz “Facebook” səhifəsində yazıb.
Televiziyada utancverici hadisə - Mərhum aktyoru efirə dəvət etdilər
Cavid Zeynallı qeyd edib: “Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi, gəl, atamın adına açdığım “Facebook” səhifəsinə göndərilən mesajları sənə oxuyum. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nə olar, gəlin siz də iştirak edin. Hətta biri yazıb ki, mən nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin. Aygün xanım bəziləri ilə sərt danışıb. Xahiş ediblər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün cavab verəndə ki, mənim atam 1990-cı ildə dünyasını dəyişib, dərhal söhbəti fırladırlar: niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”.

Xatırladaq ki, ki, Hamlet Xanızadə 1990-cı ildə 48 yaşında dünyasını dəyişib. O, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək” kimi filmlərdə yadda qalan obrazlar yaradıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi