azia.az
azia.az

Yaşlı məmurların vəzifədə qalmalarının səbəbləri – təcrübə, peşəkarlıq və iddiasızlıq

7-05-2020, 11:02


2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycanda dövlət idarəetmə aparatında çalışan yüksək vəzifəli məmurların gəncləşdirilməsi siyasəti həyata keçirilir. O vaxtdan bəri boşalan bütün postlara təyinatlar gənc, yüksək təhsilli və müasir dünyagörüşlü kadrlardan ibarətdir. Hətta rayon icra hakimiyyəti başçısı postları da gənc kadrlara etibar olunur. Ötən il bu barədə danışan prezident İlham Əliyev yaşı keçmiş, müasir idarəetmə prinsipləri ilə uyğunlaşa bilməyən kadrları könüllü olaraq vəzifədən getməyə səsləmişdi. Bu çağırışdan sonra xeyli sayda yüksək ranqlı məmur tutduğu vəzifədən könüllü olaraq uzaqlaşdı, bəziləri ölkə rəhbərliyi tərəfindən işdən çıxarıldı.
Yaşlı məmurların vəzifədə qalmalarının səbəbləri – təcrübə, peşəkarlıq və iddiasızlıq
Hazırda Azərbaycanın dövlət idarəetmə aparatına nəzər saldıqda, onun demək olar ki, tamamən yeniləndiyini müşahidə etmək mümkündür. Köhnə məmur komandasının son nümayəndələrindən biri olan Zakir Qaralov dövlət başçısı tərəfindən ötən həftə baş prokuror vəzifəsinə namizəd göstərilmədi. Bununla da prezident komandasını tamamilə yeniləmək qərarında mövqeyinin dəyişmədiyini bir daha nümayiş etdirmiş oldu. Bu, köhnə komandadan qalan məmurların da tezliklə əvəzlənəcəyini söyləməyə əsas verir.

Yaşlı məmurlar dedikdə, hazırda nəzərlər ilk olaraq baş nazirin birinci müavini Yaqub Eyyubova yönəlir. 1945-ci il doğumlu, texnika elmləri doktoru, professor, Beynəlxalq Mühəndis Akademiyasının və Azərbaycan Mühəndis Akademiyasının akademiki Yaqub Eyyubov 1999-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub, 2003-cü ildən isə Baş nazirin birinci müavini vəzifəsini daşıyır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP-ın Siyasi Şurasının üzvü, YAP Nazirlər Kabineti Aparatı Ərazi təşkilatının sədridir. Yaqub müəllimin xeyli təltifləri var: “Şərəf” ordeni (2015), Rusiyanın “Dostluq” ordeni (2015), Belarusun “Şərəf” ordeni (2015), “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı (1965), hətta proletariatın “dahi” lideri adlandırılan V.İ. Leninin anadan olmasının 100 illiyinə görə medalı (1971).

Yaqub Eyyubov: "Azərbaycan saziş və memorandumların icrası üzrə ...

Ötən ilin oktyabrında dövlət başçısının çağırışından sonra vəzifədən gedəcəyi gözlənilən məmurlar sırasında Y.Eyyubov ilk yerlərdən birindəydi. Hətta bir ara onun ölkəyə gələn xarici dövlət başçılarının qarşılanması prosesində görünməməsi vəzifədən alınması kimi qiymətləndirildi. Baş nazirin birinci müavini ənənəvi olaraq iştirak etdiyi bir sıra tədbirlərdə də görünmədi. Lakin ötən il dekabrın 27-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olarkən mərkəzdə görülən işlər barədə məruzə edənlərdən biri məhz Y.Eyyubov oldu. 2020-ci ilin ötən 4 ayı ərzində Y.Eyyubovun fəaliyyətinə dair yeganə məlumat martın 13-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 85-ci iclası iştirakı barədədir. Bu tədbirdə Azərbaycanı iclasda Y.Eyyubov və Rusiyadakı səfirimiz Polad Bülbüloğlu təmsil ediblər.

Maraqlıdır ki, ötən ilin oktyabrından bəri Y.Eyyubov müdafiə naziri Zakir Həsənovla bölgələrdəki hərbi hissələrə baxış prosesində də iştirak etmir. Halbuki son illərdə bu iş bilavasitə Y.Eyyubov tərəfindən icra olunurdu. İndi onu prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyev əvəz edir.

Qeyd edək ki, son illərdə müxtəlif mətbu orqanlarda Y.Eyyubovun ailə üzvlərinin xaricdəki biznes fəaliyyətinə dair çoxlu sayda məlumatlar dərc olunmaqdadır.

Azərbaycan məmurları arasında tutduğu vəzifədə qalma müddətinə görə ən “uzunömürlü”lərdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. 1945-ci ildə doğulan Əhməd müəllim yanvar ayında 75 yaşını qeyd edib. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 6-da onun “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin ...

Maraqlıdır ki, ötən ilin oktyabrında – ölkə prezidenti yaşlı məmurlara çağırış edəndən sonra Ə.Əhmədzadənin vəzifədən getmək üçün ərizə yazdığı bildirilir. Musavat.com-a etibarlı mənbədən daxil olan məlumata görə, Ə.Əhmədzadənin ərizəsi qəbul olunmayıb, onun öz vəzifəsində qalması lazım bilinib.

Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhmədzadənin işinin peşəkarı olduğu haqda rəylər var. Onun bu sahədə əvəzsiz kadr olduğu deyilir. Bu səbəbdən ölkə rəhbərliyi Ə.Əhmədzadənin iş başında qalmasını uyğun bilir.

Bundan əlavə, həm Y.Eyyubovun, həm də Ə.Əhmədzadənin adları siyasi intriqalarda heç vaxt hallanmayıb. Həmçinin onların daha yuxarı postlar üçün iddia göstərmədikləri bildirilir. Üstəlik, hər iki məmurun dövlətə, hakim qüvvəyə sədaqətlərinə də şübhə olmadığı, necə deyərlər, “sınaqlardan üzü ağ çıxdıqları bildirilir. Buna baxmayaraq, kifayət qədər yaşları olan Yaqub Eyyubovla Əhməd Əhmədzadənin uzun müddət vəzifədə qalacaqları da inandırıcı görünmür.

Son zamanlar isə Azərbaycanda mövcud su ehtiyatlarından səmərəli istifadə məsələsi çox aktuallaşıb. Bu sahədə fəaliyyətlərin tənzimlənməsi üçün ölkə prezidenti tərəfindən aprel ayında xüsusi komissiya da yaradılıb. Komissiyanın rəhbəri isə baş nazirin müavini Şahin Mustafayev təyin olunub...

TURQUT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi