azia.az
azia.az

Vidadi İsayevin ələ saldığı vətəndaş prezidentə yalvardı - VIDEO

5-05-2020, 13:52

Vidadi İsayevin ələ saldığı vətəndaş prezidentə yalvardı - VIDEO
“5 uşağım var, onları nə məktəbə göndərə, nə də ünvanlı sosial yardım ala bilirəm”. ANAXEBER.info-nun məlumatına görə, bu sözləri Bərdə rayonunun Qayalı kənd sakini Əli Mehdiyev deyib. Onun sözlərinə görə, 5 uşaqla çətin vəziyyətdə yaşayır. “Məktəbə göndərə bilmirəm, pal-paltar ala bilmirəm, özüm də səhhətimıə əlaqədar işləyə bilmirəm. Uşaqlar xəstələnir həkimə apara bilmirəm. Yoldaşım da işsiz olduğu üçün ünvanlı sosial yardım vermədilər”, - deyə Əli Mehdiyev bildirib.Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu deyən Əli Mehdiyev problemlərilə əlaqədar Bərdənin icra başçısı Vidadi İsayevə müraciət etdiyini deyib. Amma heç bir nəticəsi olmayıb. “Söz verdi, amma heç bir köməyi olmadı”, - deyən YAP üzvü Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi