azia.az
azia.az

Azərbaycanda koronavirusa yoluxma yenidən artır

5-05-2020, 01:53


Azərbaycanda koronavirusa yoluxma yenidən artır
Azərbaycanda koronavirus infeksiyasına daha 52 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a bildirilib ki, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda koronavirusa yoluxma yenidən artır
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkədə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi