azia.az
azia.az

Bakıda karantin rejimini pozanlara qarşı tədbirlər davam etdirilir

5-04-2020, 21:24


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.
Bakıda karantin rejimini pozanlara qarşı tədbirlər davam etdirilir
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşları Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə paytaxt ərazisində xidmətlərini davam etdirirlər.

DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Xüsusi karantin rejim qaydalarını pozan şəxslər aşkar olunur və onlara müvafiq tədbirlər görülür.

Üzərində müvafiq icazəsi sənədi olan və SMS xidmətindən istifadə edib, icazə alan şəxslərin sənədləri yoxlanıldıqda, həmin sənədlər qanunvericiliyə uyğundursa, onlar sərbəst buraxılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi