azia.az
azia.az

Elman Nəsirova açıq məktub

7-03-2020, 11:16

Elman Nəsirova açıq məktub
Elman Nəsirov seçkilərdə ona rəqib olmuş namizədlərdən qisas almaq qərarına gəlib. Belə ki, “musavat.tv”yə müsahibə verən Nəsirov rəqib namizədlərdən biri olaraq mənim də ünvanıma əxlaq və intellektinə uyğun ittihamlar səsləndirib. Onun “cavabı” yumşaq desək siyasətçi olaraq diletantlıq, ziyalı olaraq da zəiflik nümunəsi kimi göründü. Əsas “arqumenti” də bu oldu ki, bəndəniz ictimai arenada tanınmamış...birisiymiş(?) Mən də digər namizədlər kimi, seçki ərəfəsində inzibati resursların Nəsirovun lehinə səfərbər olunmasına toxunmuşdum. Bu kəsin deputat olduğu müddətdə doğma kəndindəki məzarlarda uyuyan şəhidlərin qəbirlərini belə diqqətsiz qoymasından, öz doğma kənd məktəbinin yararsız vəziyyətinə biganə qaldığından danışmışdım. Adam bu irada cavabında deyir ki, bəs sən demə bu Cəlilabadın deputatı deyilimiş deyə doğma kəndinin bu və digər sosial problemlərini də görməzdən gəlib... Əcəb məntiqdir,... sən mandat daşıyan birisi olmusan, başqa sözlə bəlli səlahiyyət sahibi-məlum problemləri aidiyyatı dövlət strukturları qarşısında qaldıra bilmək kimi bir imkan sahibi. Belədə doğma kəndinin bir o qədər də böyük sayılmayan problemlərini bəlli dövlət təşkilatlarının qarşısında qaldırıb da həllinə nail olmaq bir o qədər də zor olmazdı. Ən azı bu fakt sənin cəlilabadlılardan, doğma kəndlilərindən səs ummağını haqsız etmirmi? Yoldaş deputat.
Görünür, Nəsirov mənim sağlam tənqidimə cavab verməyə cürət etmədiyindən, indi – mandatla “silahlanandan” sonra özündə cəsarət tapıb və məni “Musavat.tv”yə verdiyi müsahibədə “reket jurnalist” adlandırıb. Əvvəla, Nəsirovun mənim ünvanıma bu cür ağır ittiham səsləndirməsi qərəz bir yana, məsuliyyətsizlikdir. Adam özünü professor, alim, nə bilim daha nə bilir... Olsun, bir baş redaktora heç bir fakt olmadan reket damğası vurmaqdan ötrü nə qədər gerizəkalı olmaq lazımdır ki,...?
Bilmirsənsə bil (Hərçənd ki, bilmək istəmirsən.) rəhbəri olduğum “Mediatv.az” saytı nəinki Mətbuat Şurasının “qara siyahı”sında yer almayıb, heç saytım haqqında Şuraya şikayət belə daxil olmayıb. Və səndən fərqli olaraq mən jurnalist olaraq Cəlilabadın və cəlilabadlıların sosial problemləri ilə bağlı dəfələrlə yazmışam... Saysız cəlilabadlının imkanım çatan problemlərinin həllinə nail də olmuşam. (Faktları sadalamağı məlum səbəblərdən uyğun bilmirəm.)
Bəs sən cəlilabadlı deputat olaraq Cəlilabad və hansısa cəlilabadlı üçün nə etmisən Elman Nəsirov? Təkrar edirəm bir cəlilabadlı olaraq Cəlilabadın və cəlilabadlıları probleminə yardımçı olmaqdan ötrü illah ki, Cəlilabaddan deputat olmağa ehtiyac yoxdur. Bildiyim qədəri ilə... Sən də bu günə qədər bunu bilmirdinsə bundan sonra bil barı.
İkinci yalanı isə məni tanımaması barədə dedikləridir. Belə görürəm ki, yaddaşında da problem var... Biz həmyaşıdıq. Mən 1985-ci ildə Cəlilabad rayonunda orta məktəbi fərqlənmə ilə bitirmişəm. O dövrün ən sayılıb seçilən Politexnik institutunun avtomobil nəqliyyatı fakültəsinə (bir 5,üç 4-lə) daxil olmuşdum. Sən isə yalnız məndən 4 il sonra, 1989-cu ildə ali məktəbə qəbul ola bilmisən.
Özünün “tanınmış” olduğunu iddia edən Nəsirov zəhmət çəkib Facebook sosial şəbəkəsində 5000 nəfərə yaxın izləyicisi olan “Cəlilabadlıların qrupu"nu ziyarət etsin və görsün ki, həmyerliləri onu necə ”tərifləyir”. Həmin qrupda onun haqqında bircə dəfə də olsun ki xoş sözə rast gəlinmir. Bu gün bəlli “özfəaliyyəti” ilə bütün cəlilabadlıların “fəxrinə” çevrilib. Özünə “əyilən deputat” imici qazanan Nəsirov bilməlidir ki, respublika miqyasında belə formada tanınmaqdansa, öz kəndində, obasında başı dik, alını açıq, üzüağ gəzmək daha şərəfli olardı... Bu da mənim tövsiyəm olsun.
Yeri gəlmişkən buyursun, mən onunla teledebata çıxmağa hazıram. Və o özünəməxsus “arqumentləri” ilə yayınmasa bu olacaq. Daha dolğun, daha ətraflı. Görüşənədək.
68 saylı Cəlilabab kənd seçki dairəsindən deputatlığa namizəd,
Mediatv.az informasiya portalının baş redaktoru
Əfqan Quliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi