azia.az
azia.az

Eks deputat gömrükdə neomonopoliyadan yazdı: " və neomonopoliyanı özüm gördüm, müşahidə etdim.. "

6-03-2020, 11:24

Eks deputat gömrükdə neomonopoliyadan yazdı: " və neomonopoliyanı özüm gördüm, müşahidə etdim.. "
Teref.az yazır ki, eks deputat Nazim Baydəmirli gömrükdə başına gələnlərlə bağlı status paylaşıb. Nazim Baydəmirli "gömrükdə monapoliya yoxdur!" deyənlərə müraciətən yazır:
Lexus üçün Dubaydan göndərilmiş lyuku almaq üçün terminala getdim.. və neomonopoliyanı özüm gördüm, müşahidə etdim.. Dubaydan 29 kq və hər kq 1.5 dollar olmasına baxmayaraq 43.5 dollar əvəzinə sənədi mənə vermək üçün 109 dollar aldılar, çek istədim vermədilər, ödənişi kartla etməyə cəhd etdim izah etdilər ki, pul Dubay firmasına aiddir, nağd verməlisən.. Sonra sklada keçdik, malı tapdıq və sadə deklarasiya yazmağa 5 manat aldılar və sklad pulu SilkWay şirkətinə 41.6 manat ödədim malı buraxdılar.. Dubaya da 700 dollar öncədən göndərmişdim..
P. S. Ancaq gömrük işçiləri məni tanıdılar və normadan da yaxşı davrandılar, növbə gözlətmədilər, hər şeyi özləri təşkil etdilər.. Monopoliya gömrükdən daha yuxarıda qurulub və idarə olunur..
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi