azia.az
azia.az

Aydınlaşan sabahların açılmayan sirri - "Sözün sağlığına"

1-03-2020, 20:41

Aqil Alışov
Aydınlaşan sabahların açılmayan sirri - "Sözün sağlığına"
Onun bu şəhərdə heç kimi yoxdu

Onu hamı tanıyır, onu hamı sevə-sevə oxuyur. Amma və lakin... Onun bu şəhərdə heç kimi yoxdu!
O, bu şəhərin ən dəbdəbəli evinin sahibi olmalı idi, sadəcə... bu şəhərin sakini olmaqla kifayətləndi.
O, heç kimin deyil, bu Vətənin, bu dövlətin adamıdı! Silahlı deyil, silahsız da deyil. Hədəfi bir dəfəyə vurur.
O... SÖZ adamıdır. Ən böyük silahı... mübtəda və xəbərdir. Heç kim onun mübtədasıyla xəbərinin arasında boğulmaq istəmir. İstənilən nitqli adamı söz zərfinin içinə qoyub tamamlayar. Amma kimsəylə işi də yoxdur.

O, adam tək yaşayır, tənhadır və həm də hamı üçün yaşayır. Beləliklə...
Aydınlaşan sabahların açılmayan sirri - "Sözün sağlığına"
Əzizim Aydın Məmməd oğlu Canıyev! Nəhayət, 50 illik yubileyinə təbrik yazısı yazmaq mənim də qismətimə düşdü...
Mən qorxurdum nə vaxtsa yubiley yazısından qabaq nekroloq yaza bilərəm. Nə yaxşı ki, nekroloq yazısı yubiley yaşından əvvələ təsadüf elədi. Çox sevindim. Həm də ona görə və ona görə yox ki, bu vaxta qədər səni qoruyub saxlayan Allaha minnətdarlığımızı sındırdığın məscidin şüşəsini Ali Baş Komandanımıza əfv elətdirdiyinə görə.

Coni, axı, Allahın SÖZə verdiyi dəyər, məscid şüşəsinə verdiyi dəyərdən böyükdür. Görünür, Tanrı səni məhz o SÖZə görə yaşadır, azad və müstəqil sözün qəhət olduğu dünyada... "baxma kim deyir, gör, nə deyir?" və ya "sizin şikayət etdiyiniz həyat bəlkə də başqasının xəyalıdır"...

Canıyev, bu ifadələr şüşəsini sındırdığın o müqəddəs məkanda şəhadətə qovuşan həzrəti-Əlinin kəlamıdır...

Bakı sabahlarının AYDINLAŞAN imzası


Aydın Canıyev... Allah rəhmət eləsin!

Azərbaycan mətbuatında cənnətə düşən, haramdan, çirkli pullardan uzaq, qara piar dumanına düşməyən ən BÖYÜK İMZAdı mənim üçün! Hər kəs Bakı şəhərində açılan səhərin yağışlı və dumanlı olduğunu səbirsizliklə gözlədiyi halda, mən Bakı səhərində açılan köşklərin içində qalaq-qalaq yığılmış qəzetlərdən bir imza axtarmışam... Sənin imzanı - Azərbaycan mətbuatının ən böyük imzasını... Həm də ona görə ki...
Yox, Canıyev, Kİ-nin açmasını sonda deyəcəm... və həm də ona görə ki, bu ifadələrin bəzilərini səndən "öğurlamışam", həm də harda...

Aydınlaşan sabahlarda buza dönən imza

Moskva metrolarında, çıxışlarda, küçələrdə, ticarət mərkəzlərində dəfələrlə şahidi olmuşam ki, millət əlində "Millətin səsi" qəzetini oxuyur... və Azərbaycan xaricində yeganə çıxan gündəlik qəzetin üçüncü səhifəsində buza dönən bir imza var - Aydın Canıyev. Amma Aydın Canıyevin buza dönən imzası altında yazılan "Səksən, Heydər Əliyev səksən!" məqaləsini oxuyan oxucu elə bilirdi ki, bu imzanın sahibinin Sakit Okeandakı buzqıran gəmiləri Amerikanın Dəniz Piyadalarına icarəyə verilib. Çünki bu fikri imzanın möhtərəmliyi və möhtəşəmliyi yaratmışdı oxucuda.
Elə Moskvada Petro-Razumovski rayonunda gecə saat 2-də yuzlərlə skinhedin üstünə gedəndə silahlı millətçiləridən qəti qorxum yox idi. Və bilirdim ki, mənimlə bu it sürüsünün üstünə gedən Aydın fiziki cəhətdən çox güclü olmasa da, avtomatı, tapançası olmasa da, əvəzində güclü silahı var - SÖZ...

Azərbaycan dilinin qrammatikasına hörmət edən oğlan

Aydın Canıyev... möhtərəm və möhtəşəm imza. Bu imzanın əzəmətini qorumaqdan ötrü möhtərəmlərin möhtəşəm pullarından imtina etmək üçün Aydın Məmməd oğlu Canıyev kimi qalmaq da hər oğulun işi deyil... Və həm də bilə-bilə ki, ən böyük tirajlı qəzetlərin içində sayılan bu imza nə vaxtsa məhbus düşərgələrində "razvod"da çəkilə bilər, amma va lakin... inadından və gördüklərini yazmaqdan çəkinmədin Canıyev! Əslində sənin cəzan bir məscid pəncərəsini sındırmaq deyildi, möhtərəm və möhtəşəm Canıyev! Əslində o şüşədən içəriyə baxanlar da, elə məhz o şüşədən icəridə baxılanların da arzusu səni həmişəlik "içəri"də görmək idi.

Aydınlaşan sabahların açılmayan sirri - "Sözün sağlığına"
"Sözün sağlığına" içən oğlan

Əzizim Canıyev! Səni həm də ona görə çox istəyirəm ki, dədən Məmməd kişidən də ən çox hörmət elədiyin biri varsa, o da Azərbaycan dilinin qrammatikasıdır. Sən Allaha bəndəlik elədmədin, amma sözün əsiri oldun! Sən kimə xəyanət etsən də, sözə heç vaxt xəyanət etməzsən və etmədin də! Və ona görə də imzalar içində yüz il sonra da təravətini, qürurunu itirməyən bir imza çıxacaq gələcək nəsillərin qarşısına: Aydın Canıyev imzası. Yeri gəlmişkən, yeganə adamsan ki, "Sözün sağlığına" sənin kimi "badə" qaldıran ikinci şəxs yoxdur.

"Tehrandan dünyaya dərd daşıyan səsi - Ququş"u dinləyə-dinləyə Kərgəlandan dünyaya doğulan imza axtarmaq zorunda qalanda qarşına bir imza çıxır: Aydın Canıyev! İmzanın möhtəşəmliyinə and içməklə bahəm, "Sözün sağlığına" and içirəm. Və and içirəm ki, "Sözün sağlığına" səndən gözəl "içən" olmayıb...

***
"Sən necə də gözəl ağlayırsan, Vətən! Özü də necə gö...ö...zəl! (A.C.)"

Bu torpağı qarış-qarış gəzməyənlər, dəyərini bilməyənlər, xalqını tanımayanlar bu xalqın sahibi ola bilməz dedin, Canıyev...

Aydınlaşan sabahların açılmayan sirri - "Sözün sağlığına"
İnformasiya portallarına, qəzetlərə, teleradiolara baxıb, hər yerdə zorlama, qəza, kriminal… torpaq alqı-satqısı elanları, alver reklamları, kastinqlər, treninqlər, müsabiqələr harayını çəkəndə bu qənaətə gəldin ki... Azərbaycan doğrudan da qiymətli torpaqdır, fəqət Vətən deyil! Və bunu da sən yazmısan ki: öz aramızdı, Vətən, yaman gözəl ağlayırsan! Özü də necə g...ö...özəl!

Cənab idarəolunmaz Aydın Canıyev! Sənin 50 yaşının tamam olmasına ağlayaqmı, yoxsa güləkmi? Axı, sən də bu Vətənin oğlusan. Həmişə ozün yazılarında qeyd edirdin ki, Vətən də balaları üçün ağlaşma quran balaları üçün ağlayır, bu Vətəni də bala üçün ağlamağa öyrəşdirdik!

Azərbaycanın ideoloji cəbhəsində həmişə yeri görünən Canıyev! Əlli yaşın mübarək, SÖZÜ özündən BÖYÜK adam! Jurnalistikamızın alınmayan və həm də satılmayan qalası... təbriklər!
Aydınlaşan sabahların açılmayan sirri - "Sözün sağlığına"
Çalış bir 50-də yaşa... Ki..."Sözün sağlığına" başsağlığı yazmayaq!
Çox hörmətli mətbuat generalı! Tez-tez yaz ki, səngərin boş qalmasın!
p.s. Aydınlaşan sabahların açılamayan sirri - "Sözün sağlığına" yazısında sənin yaradıcılıq sirlərini açmaq istəsəm də, bacarmadım. İnanmırsan? And olsun "Sözün sağlığına"...
Miq.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi