azia.az
azia.az

Şiddətli külək bəzi rayonları işıqsız qoydu, yanğınlar törətdi

26-02-2020, 11:14

Şiddətli külək bəzi rayonları işıqsız qoydu, yanğınlar törətdi
Ötən gün Azərbaycanda müşahidə olunan ekstremal hava şəraiti bir sıra rayonlarda ciddi fəsadlar törədib. Elektrik enerjisi infrastrukturuna ziyan dəyib, yanğınlar baş verib. Belə ki, fevralın 27-də səhər saatlarından başlayan şiddətli külək bir sıra bölgələrdə binaların damını uçurmaqla yanaşı Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb. "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, əməkdaşlar külək qismən səngiyən kimi qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur: "Güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib.Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək".

Oğuz rayonunda da küləyin infrastruktura ziyan vurduğu bildirilir. Belə ki, külək rayon mərkəzində ağacları aşırıb, evlərin dam örtüklərini və avtobus dayanacaqlarını uçurub. Bəzi ərazilərdə elektrik dirəklərinin aşmas nəticəsində Oğuz şəhərinin bir hissəsi işıqsız qalıb. Hazırda elektrik enerjisinin bərpası üçün “Azərişıq” ASC-nin briqadaları işləyir.
Şiddətli külək bəzi rayonları işıqsız qoydu, yanğınlar törətdi
Göyçayda isə külək yanğınlar törədib, elektrik xətlərini qırıb, dirəkləri aşırıb. Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb. Günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin də texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğınlar rayonun Ləkçıplaq, Yalman, Şəhadət, Qarayazı və Cəyirli kəndlərində baş verib. Nəticədə hektarlarla otlaq, kolluq və 3 ədəd tövlə yanıb.

Güclü külək habelə Ucar rayonunda bir sıra fəsadlara yol açıb. Rayon ərazisində elektrik enerjisinin verilişində problemlər yaranıb. Bununla yanaşı, bir sıra kəndlərin bağ sahələrində yanğın hadisələri qeydə alınıb. Nəticədə meyvə ağacları yanıb. Yanğınların baş verdiyi ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb edilib.



Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi