azia.az
azia.az

Susubdu qələm

8-04-2020, 13:53


107 saylı Qazax seçki dairəsinə mənsub olan seçki məntəqələrində gördüyüm qanun pozuntularına həcv
Susubdu qələm

Millət nə eləsin, dövlət neyləsin,
Ziyalı əlində susubdu qələm.
Ədalətin səsi yetmir dərgaha,
Ədavət hayqırır, susubdu aləm.

Dərhal susdururlar haqq deyən kəsi,
Dərdli sinəsində yanır nəfəsi.
Qutuda dəfn olur seçici səsi,
Namizəd fağırdı, susubdu naləm

Ayaq baş yerində başdadır ayaq,
Müğənni qarğanın səsindən doyaq.
Haqq olan yatıbdı, haqsızlar oyaq,
Çayır şərqi deyir susubdu laləm.

Gələcək nəsilə zindanlar miras,
Haqsız olan alır haqlıdan qisas.
Dinib danışmağa vardı min əsas,
İçinə çəkilib, susubdur hələm.

Satqın qafalarda utanır savad,
Haram sərvətlilər qeyrətdən kasad.
Dərgah da səbr edir göstərmir imdad
Deyək mən fağıram, susubdur lələm.

Dərd, azar çəkməyə olduq müstəqil,
Aclığa məhkumdu gələcək nəsil.
Tanrım, göydən endir beşinci fəsil,
Daşıya bilmirəm, ağırdı şələm.

Bəydadaş Cəfərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi