azia.az
azia.az

Jalə Əliyevanın içki məclisindəki "tostdu" -rəzalət -video

15-02-2020, 12:25



 Jalə Əliyevanın içki məclisindəki  "tostdu" -rəzalət -video
Sosial şəbəkələrdə 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyini irəli sürmüş və açıqlanan ilkin nəticələrə görə lider olan Jalə Əliyevanın məclisdə öz tərəfdarlarına təşəkkür etməsi ilə bağlı kadrlar yayılıb.

Diqqətçəkən məqam isə J. Əliyevanın “bu seçkidə sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn” kimi ifadələr işlətməsidir.

Baş vermiş məsələlərlə bağlı Etikxeber.az-a danışan J. Əliyeva həmin görüntülərin seçki gününə aid olmadığını bildirib:
 Jalə Əliyevanın içki məclisindəki  "tostdu" -rəzalət -video
“Təbliğat müddətində qarşı tərəfin apardığı anti-təbliğat xarakterli addımlardan biri də o idi ki, mənim görüşümə öyrədilmiş adam göndərmişdilər və adam birbaşa “Azadlıq radiosu” ilə canlı yayıma girirdi. Yüksək səviyyəli təşkil olunmuş görüşü sərhəddən kənara ötürməyə çalışırdı. Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən, həmin o öyrədilmiş blogerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada “başına papka atmaq” ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı sadəcə qız yuxarıya qaldırmaqla o təxribatçıya “çıx get buradan” demək istəyir. Mən də həmin adamlara seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da, mən onların adını çəkirəm deyə seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər. Vəssəlam, bundan ibarətdir. Yenə də bunu özləri üçün istifadə etməyə və qərəz yaratmağa çalışırlar, bu qədər”.

J. Əliyeva həmçinin bildirib ki, kadrların lentə alındığı evə onlar seçkilərin nəticələri üçün yox, başqa səbəblə toplaşıblar:

“Onu da bildirim ki, həmin kadrlar fevralın 10-u lentə alınıb və biz həmin evə, ev sahibinin övladının doğum gününü qeyd etmək üçün toplaşmışıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi