azia.az
azia.az

Rövşən Məhərrəmovun həyatının qara ləkələri və oğurluqları (FOTOLAR)

11-02-2020, 22:46

Rövşən Məhərrəmovun həyatının qara ləkələri və oğurluqları (FOTOLAR)
Bəzi şəxslərin əməllərinin qarşısı vaxtında alınsa, törətdikləri cinayətlərə zamanında hüquqi qiymət verilsə, layiq olduqları cəzanı alsalar, sonradan meydana çıxıb böyük-böyük danışmazlar, başqalarına şər-böhtan atmazlar. Bunlardan biri də 2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi vəzifəsində işləmiş ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovdur.

Rövşən Məhərrəmovu keçmiş hərbçilər yaxşı tanıyırlar. Onun necə bir rüşvətxor, korrupsioner olduğu, ordunu necə taladığı yalnız hərbçilərə deyil, ölkədə çoxlarına məlumdur. Xarakter etibari ilə mənfəətpərəst, acgöz, hər şeyə qazanc mənbəyi kimi baxan R.Məhərrəmov ordudan təxris olunandan sonra da dəyişməyib. Dəyişə də bilməzdi. Çünki o, rüşvət almağa, dövlətin malını, pulunu mənimsəməyə öyrəşib.

Bir zamanlar hərbçilər onun yol verdiyi qəbahətlərdən və rüşvətə sonsuz hərisliyindən boğaza yığılmışdılar. Xidmət zamanı yolu Hərbi Polisə düşənlər daim onun ordu həyatından uzaqlaşdırılmasını gözləyirdilər. Əfsuslar olsun ki, o zamanlar R.Məhərrəmov bərkgedən rəis sayılırdı, hamını bezdirsə də, qanunsuz hərəkətləri əksinə, onu irəli çəkirdi. Çünki o, öz günahlarını yumağın qeyri-qanuni yollarını yaxşı bilirdi və Müdafiə naziri Səfər Əbiyevə yaltaqlıq edərək öz toxunulmazlığına zəmanət əldə etmişdi.

O, 2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi kimi yırtıcı bir ömür yaşayıb. Tabelikdə olan əsgərlərə yalnız gəlir mənbəyi kimi baxıb. Əsgərlər hərbi and içdikdən sonra birdəfəlik evlərinə gedirdilər.

Bu gün də Rövşən Məhərrəmov keçmiş ağalarının buyruğundan asılı qalmaqdadır. Onun son dövrlər sosial şəbəkələrdə fəallaşması, ordu və onun rəhbərliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayması bunu təsdiqləyən və üzdə görünən faktlardan bir qismidir. R.Məhərrəmov onu da bilməlidir ki, S.Əbiyevlə hazırda da əlaqədə olması, mütəmadi telefonla danışması, tez-tez gizli görüşlər keçirib təlimatlar alması çoxlarına məlumdur.

R.Məhərrəmov vəzifədə işləyən zaman havadarlarının himayəsi ilə milyonlarla manat vəsaiti mənimsəyərək oliqarxa çevrilib. Onun öz adına açdığı və müxtəlif şəxslərin adına olan bank hesablarında küllü miqdarda pul var.

Mətbuatda Hərbi Polisin keçmiş rəisinin daşınmaz əmlakının bir hissəsinin siyahısı yazılıb. Onun mülklərinin tam olmayan siyahısı da saymaqla bitmir.

Bunların arasında, Bakı ərazisində yerləşənlərdən Bayılda beşmərtəbəli binada 5-ci mərtəbənin hamısı, Nəriman Nərimanov rayonu, Günəş sarayının yanında yeni tikilən binada mənzil, həmin binanın altında şəxsi avtomobil yuyulması mərkəzi, Nəriman Nərimanov rayonu "Rövşanə" gözəllik salonu, Bibiheybət qəsəbəsində villaları. Rayonlarda da mülklərə sahib olan Məhərrəmovun Xızı rayonu, Altıağacda 1 ha ərazi olan villası var. Xaricdəki aktivlərindən isə Turkiyənin İstanbul şəhərində dizayn sirkətini qeyd etmək olar.

R.Məhərrəmovun şəxsi həyatı da qara ləkələrlə doludur. Onun birinci həyat yoldaşı Larisa adlı xanım olub. Həmin xanım vaxtilə hərbi komissarlıqda qəbul otağında otururmuş. Sergey adlı hərbi komissarın bacısıdır. R.Məhərrəmovun Larisadan 3 qızı var: İnara, Sabina, Lala.

İkinci həyat yoldaşı İlhamə vaxtilə kafede işləyirmiş. R.Məhərrəmov isə tez-tez həmin kafeyə gedirmiş. Nəticədə onlar arasında münasibətlər yaranıb, sonunda evləniblər. Ehtiyatda olan polkovniklə İlhamə xanımın birgə nikahından 2 usağı var: Rövşanə və Ceyhun. Onun oğluna Ceyhun adı qoyması da təsadüfü deyil. Bu adı vaxtilə R.Məhərrəmovun narkotik aludəçisi olan və artıq dozadan ölən qardaşı daşıyıb.

R.Məhərrəmov vaxtilə ordu sıralarına cəlb etdiyi şəxslərdən də hər zaman sui-istifadə edib. Onlardan ikisi gizirlər Əmiraslanov Ülvi və Axundov Kərəmdir. Hər ikisi yaxın adamları olub, ev və obyektlərinin tikintisində işlədib. Əvəzində keçmiş Hərbi Polisin ərazisində zəbt etdiyi torpaqlardan onlara pay verib.

R.Məhərərmovun qurbanlarından biri də Rövşən Kazımovdur. O, da əvvəl Hərbi Polisdə işləyib. Daha sonra Hərbi Hospitalın Kadrlar şöbəsində çalışıb. R.Məhərrəmov adaşı Rövşənin atasının adına Xızıda villa tikdirib.

Bundan başqa, R.Kazımov və K.Axundov adına mülk keçirib. R.Məhərrəmov 2016-da ordudan tərxis edildikdən sonra mülkləri geri almaq istəyib, lakin həmin şəxslər verməyiblər. Bununla bağlı məhkəmə çəkişmələri hələ də davam edir.

Hərbi Polisin rəisi bir sıra məsələlərdə acgözlük və görməmişlik edib. Hətta gözəllik salonunun adı “Rövşanə” idi. Haqqında xəbərlər yayılandan sonra adını dəyişib. O, bununla birbaşa özünə bağlı olan daşınmaz əmlakların izini itirməyə çalışır.

Amma o, buna nail ola bilməyəcək. Çünki R.Məhərrəmovun dövlət əmlakını necə taladığı hamıya məlumdur. O, gözəllik salonunun üstündən “Rövşanə” adını silib, başqa ad yaza bilər. Lakin ortada elə faktlar var ki, onları gizlətmək mümkün deyil. Məsələn, hərbi əmlakdan anlayışı olan istənilən şəxs onun mülklərinin darvazalarına baxsa, həmin darvazaların ordudan oğurlanma olduğunu görər. O darvazalar hərbi obyektləri təhlükələrdən qorumalıdır. Amma R.Məhərrəmov onları oğurlayaraq öz mülklərində istifadə edib.
P.S.:
Qeyd etmək istərdik ki, Rövşən Məhərrəmovun qanunsuz hərəkətləri ilə bağlı mətbuatda şikayətlər artdıqca ehtiyyatda olan hərbçilər tərəfindən redaksiyamıza xeyli sayda müraciətlər daxil olub. Müraciətlərdə onun bütün qanunsuz əməllərini ifşa edən dəlil-sübutlar da var. Bir mətbu orqan kimi bizim borcumuzda belə məlumatlar artdıqca cəmiyyəti bu sitiqamətdə daha çox məlumatlandırmaqdır.

365oxu.com

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi