azia.az
azia.az

Hacı Qalibin oğlunu belə "qalib" ediblər - Video

11-02-2020, 22:22


27 saylı Sabunçu ikinci seçki dairəsinin 34 saylı məntəqəsində ciddi qanun pozuntuları baş verib...
Hacı Qalibin oğlunu belə "qalib" ediblər - Video
Hüquqşünas Ələsgər Əhəmədoğlu bununla bağlı video paylaşıb. "MSK sədri Məzahir Pənahov deyir ki, ciddi pozuntu olmayıb. Baxın, diqqətlə baxın. Sizin seçki idarəçiləriniz yaxşı məşq etməyibmiş... Bu video 27 saylı Seçki Dairəsinin 34 saylı məntəqəsində baş verir" - deyə hüquqşünas bildirib.
Məntəqədə baş verən pozuntuları təqdim edirik:
1. Qutular səsvermə otağından başqa otağa aparılır. Bu qanun pozuntusudur.
2. Qutular səsvermə otağından kənarda açılır, hansı ki, öncədən masalarn altı bülletenlə doldurulub və üstü qırmızı örtüklə örtürüb.
3. Qutuların üstündəki kilidin nömrəsi oxunub, elan edilmir
4. Ən əsası qutuları zorla masanın üstünə yox, altına boşaltmağa cəhd edirlər və müşahidəçilərin sayıqlığı nəticəsində məlum olur ki, yerdə masa arxasında məhz MSK-nın protokollarında əks olunan "qalib namizədin" 360 səsi gözləyir.
Bu cinayət faktları üzrə dərhal cinayət işi başlamalıdır:(afn.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi