azia.az
azia.az

Tanınmış jurnalist, blogger Samir Feyruzdan Fəzail Ağamalı haqqında şok açıqlama

7-02-2020, 21:35


Tanınmış jurnalist, blogger Samir Feyruzdan Fəzail Ağamalı haqqında şok açıqlama
Tanınmış jurnalist, blogger Samir Feyruzdan Fəzail Ağamalı haqqında şok açıqlama
"Dostlar, bu günə qədər heç kimdən burada xahiş etməmişəm. Amma indi hər birinizdən xahiş edirəm: bu məsələyə münasibət bildirin. Biganə qalmaq lazım deyil, ortaya mövqe qoymaq lazımdır.
Fəzail Ağamalının biznesmen oğlu Elçin Ağamalı bu gün səhərdən etibarən "reket" saytlara 100 manatdan pul paylayıb Qarabağ qazisi Kamil Musəvinin əleyhinə yazılar yazdırır. Hazırda "Azərbaycan Nəşriyyatı"nda qızğın alver gedir, torbanın ağzını açıblar.
Mən Kamil Musəvini müdafiə etmirəm, qətiyyən! Və F.Ağamalı-K.Musəvi arasındakı insidentlə bağlı ayrıca məqalə ilə çıxış edəcəm. Kim haqlı, kim haqsızdır, bu başqa məsələ...
Amma mənim etirazım başqa şeyədir. 100 manat pul verərək gözünü və ayağını itirmiş Qarabağ qazisi haqqında tərbiyəsiz yazılar yazdırmaq, mətbuatdan bu şəkildə istifadə etmək heç bir əxlaqa sığmır. Bu, əsl vandallıqdır!
P.S. Mən F.Ağamalıya, bir müddət əvvəl mənə təhqirlər yazan quyruq bulayanlarına xəbərdarlıq etmişdim ki, insanlara toxunmasınlar, şər atmasınlar. Toxundu! Bu vəziyyət təkcə jurnalist kimi yox, bir vətəndaş kimi mənə toxunur. Və bundan sonra bu adamın ifşası ilə məşğul olacam!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi