azia.az
azia.az

Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”

6-02-2020, 20:25

Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”
Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, görkəmli siyasi xadimi, hökumətin ən gənc naziri olmuş Mustafa bəy Vəkilovun Türkiyədə yaşayan oğlu Nadir Vəkiloğlu seçicilərə müraciət edərək onları 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Samad Vekilovu dəstəkləməyə çağırıb.

Nadir Vəkiloğlu bir müddət öncə Prezident İlham Əliyev tərəfindən təltif olunub və Azərbaycanla bağlı xatirələrini də bölüşüb.

Mən Azərbaycanın ən gənc millət vəkili və Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Mustafa bəy Vəkilovun oğluyam. Atamın Azərbaycan üçün xidmətləri barədə mətbuatda və nəşrlərdə bir çox məlumatlar var. Hələ də onun haqqında filmləri izləmək olar.
Xalq Cümhuriyyəti nazirinin oğlundan Səməd Vəkilova dəstək: “Ona səs verin!”
QHT.az xəbər verir ki, bu sözləri İstanbulda ilk Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalının təqdim edilməsi mərasimində Nadir Vəkiloğlu bildirib.

O, deyib: “Azərbaycanın çətin zamanlarında o qərarları vermək və baş qaldırmış üsyanları basdırmaqda Mustafa bəy Vəkilovun çox böyük əməyi var. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dağıldıqdan sonra atam Türkiyəyə gəlib və fəaliyyətini burada davam etdirib. O, son nəfəsinə kimi Türkiyədə yaşayan azərbaycanlılara arxa olub. Atam vəfat edəndə mən çox balaca idim. Əfsuslar olsun ki, bu hadisələr barədə ondan məlumat ala bilmədim. Hazırda Mustafa bəy Vəkilovun adına olan medal mənə təqdim edilib. Bu çox qürurverici haldır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi