azia.az
azia.az

Federasiyada qalmaqal- Güloğlan Cabbarov Adil Əliyevə etiraz etdi: “…kürəyimdən vurdunuz”

4-02-2020, 12:34

Federasiyada qalmaqal- Güloğlan Cabbarov Adil Əliyevə etiraz etdi: “…kürəyimdən vurdunuz”
Azərbaycan Kinqboks Federasiyasında böyük qalmaqal yaşanır. Azinforum.az-ın məlumatına görə, Federasiyanın İdarə Heyətinin sədri, millət vəkili Adil Əliyev öz “Facebook” səhifəsində qurumun bütün rəhbər strukturlarının buraxıldığına dair sənəd paylaşıb. Buna uzun müddət humin Federasiyanın vitse-prezideti olan, tanınmış idmançı Güloğlan Cabbarov sərt reaksiya verib və atılan addımı indiki məqamda kürəyindən vurulan bıcaq zərbəsi kimi qiymətləndirib:
“Mən sizə halallıq vermirəm. Məni seckiyə 5 gün qalmış kürəyimdən vurduz . 12 il Federasiyaya təmannasız xidmət elədim ! Bu , məncə nə dostluga , nə qardaşlığa sığar . Mən ömrümü AKF -yə həsr elədim . Hər zaman Federasiyaya maddiyətlə, mənəviyatla dəstək oldum . Bu gün mənim arxalandığım Federasiyamızın rəhbəri məni seckiyə gedərkən kürəyimdən vurdu. Yazıqıar olsun sizə !!!”
Federasiyada qalmaqal- Güloğlan Cabbarov Adil Əliyevə etiraz etdi: “…kürəyimdən vurdunuz”
Qeyd edək ki, həm Adil Əliyev, həm də Güloğlan Cabbarov hazırda Bakının Nərimanov rayonundakı müxtəlif dairələrdən deputatlığa namizədirlər və çox aktiv seçki təbliğatı aparırlar. Həm də yaxın dost olan bu şəxslərin məhz seçki məqamında münasibətlərinin bu şəkildə pisləşməsi belə bir sual yaradır: niyə məhz indi? Mövzuya qayıdacayıq…

Həsənxan, Azinforum.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi