azia.az
azia.az

Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO

3-02-2020, 17:25


Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkidə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyevin təbliğat-təşviqat kampaniyası davam edir.
Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO
Deputatlığa namizəd kampaniya çərçivəsində yanvar ayının 31-də Güzdək qəsəbəsində, 1 fevral tarixində isə Pirəkəşkül qəsəbəsində seçicilərlə görüşüb.

Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev öncə qəsəbə şəhidlərinin abidələrini ziyarət edib. Şəhidlərin ruhuna dualar oxunub, abidələri önünə gül dəstələri düzülüb.

Mehdi Mehdiyev sonra ağsaqqalların, anaların, ziyalıların iştirak etdiyi görüşdə çıxış edərək əvvəlcə seçki platforması haqqında seçicilərə geniş məlumat verdi.

Mehdi Mehdiyev çıxışında Prezident İlham Əliyev canablarının ölkədə başlatdığı iqtisadi-siyasi reformaları dövlətin tarixində mühüm hadisə kimi dəyərləndirib.

O, çıxışında dövlət başçısının apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğunu qeyd edərək, millət vəkili seçiləcəyi təqdirdə də bu siyasəti dəstəkləyəcəyini bildirib.

Görüş zamanı kənd sakinləri çıxışlarında ərazidən birbaşa şəhərə avtobusların olmadığını, yolların yararsız vəziyyətdə olmasından, məktəblərin təmirsiz olması, uşaq bağçasının yararsız hala düşməsi, ümumiyyətlə kənddə infrasturkturun çıxılmaz vəziyyətdə olmasını vurğulayıblar.

Qəsəbə sakinlərinin sosial vəziyyətləri, problem və qayğıları ilə dərindən maraqlanan Mehdi Mehdiyev hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəklərini, qeyd olunan problemlərin aidiyyatı qurumlar qarşısında qaldırılacağını və müntəzəm olaraq seçicilərlə əlaqə saxlayacağını vurğulayıb.

Görüş bir sıra müzakirələrlə davam edib.
Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO
Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO
Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO
Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO
Mehdi Mehdiyev Güzdək və Pirəkəşkül qəsəbələrində seçicilərlə görüşüb - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi