azia.az
azia.az

Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR

31-01-2020, 19:26

Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR
121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Mahir Abbaszadə Şimal-Qərb bölgəsinə səfəri çərçivəsində seçicilərlə növbəti görüşünü Oğuz rayonunda keçirib.

Karabakhmedia.az xəbər verir ki, rayon mədəniyyət mərkəzində baş tutan görüşdə Oğuzda müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər iştirak edib.
Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR
Mahir Abbaszadə Prezident ilham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb, siyasi islahatların dərinləşməsində təmsil etdiyi partiyanın rolundan bəhs edib. O, qeyd edib ki, dövlətin həyata keçirdiyi siyasətin mərəzində Azərbaycan vətəndaşı dayanır.

Bu mənada sosial dəstəyə ehtiyacı böyük olan əhaliyə, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət ayrılır. Hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür.
Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR
Daha sonra Mahir Abbaszadənin təbliğat-təşviqat komandasının üzvləri çıxış edib, onun bundan öncəki deputatlıq fəaliyyəti dövründə seçilirəinə diqqətindən, onların hər birinin müraciətinə həssaslıqla yanaşmasından söz açıb. Eyni zamanda, yenidən seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, öz təkliflərini səsləndiriblər.
Mahir Abbaszadə Laçın rayonundan olan məcburi köçkünləri fevralın 9-da keçiriləcək səsvermədə fəal olmağa çağırıb. O, qalib gələcəyi təqdirdə seçicilərinin etimadını doğruldacağına söz verib.
Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR
Görüş iştirakçıları Mahir Abbaszadəyə uğurlar arzu edib və seçkilərdə ona səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir.
Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR
Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR
Mahir Abbaszadənin növbəti görüşü Oğuzda oldu - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi