azia.az
azia.az

Çingiz Qənizadənin seçicilərlə görüşündə yenə insident baş verdi: Namizədin adamları vətəndaşların üzərinə yeridi-VİDEO

30-01-2020, 13:03

Çingiz Qənizadənin seçicilərlə görüşündə yenə insident baş verdi: Namizədin adamları vətəndaşların üzərinə yeridi-VİDEO
80 saylı İmişli-Beyləqan seçki dairəsinin keçmiş deputatı, namizəd Çingiz Qənizadə Dünyamalılar kəndində növbəti seçici etirazı ilə qarşılanıb.
AFN xəbər verir ki, Ç.Qənizadə seçicilərlə görüşmək istəsə də, kənd sakinləri onu dinləməkdən imtina ediblər və deputat olduğu 10 ildə müxtəlif vaxtlarda ona problemləri ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Görüşdə vətəndaşlarla namizədin ətrafında olan insanlar arasında mübahisə yaranıb, az qala əlbəyaxa davaya səbəb olacaq insidentə çevrilib. Hadisələri özündə əks etdirən videonu təqdim etməklə yanaşı, xatırladırıq ki, Ç.Qənizadə bundan əvvəl də bir neçə dəfə eyni halla üzləşib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi