azia.az
azia.az

Bu dəfə seçicilərin narazılıqları ilə YAP-çı deputat Aydın Mirzəzadə üzləşib

28-01-2020, 04:25

Bu dəfə seçicilərin narazılıqları ilə YAP-çı deputat Aydın Mirzəzadə üzləşib
Seçicilərin deputat-namizədlərə etirazları davam edir. Bu dəfə seçicilərin narazılıqları ilə YAP-çı deputat Aydın Mirzəzadə üzləşib.
AFN xəbər verir ki, 2000-ci ildən bəri 47 saylı Mingəçevir seçki dairəsini parlamentdə təmsil edən və yenidən seçkilərə qatılan A.Mirzəzadə Mingəçevirdə keçirdiyi görüşdə etirazla qarşılaşıb. Belə ki, seçicilər ona bu illər ərzində heç bir iş görmədiyini, indi də görüşlərinə büdcə təşkilatlarında çalışanları yığdığını deyiblər. Videodakı digər məqamlardan da görünən odur ki, sıravi vətəndaşlar görüşə buraxılmır.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Mingəçevirdən verilən xəbərə görə inzibati resursları işə salaraq Aydın Mirzəzadənin görüşünə yığılan adamlar heçdə Ayden Mirzazadənin seçiciləri deyilllər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi