azia.az
azia.az

Nərminin qatili öz qohumu imiş…

10-01-2020, 15:38


Dondar Quşçu kənd bələdiyyəsindən Azia.az-a bildiriblər ki, saxlanılan şəxs qonşudur, Nərminin ailəsini yaxından tanıyır.
Nərminin qatili öz qohumu imiş…
Tovuz Rayon Prokurorluğundan isə deyiblər ki, hazırda məsul əməkdaşların hamısı hadisə yerindədirlər, yaxın saatlarda rəsmi açıqlama veriləcək.

Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Azia.az xatırladır ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr 2019-cu il tarixdə itkin düşmüşdü. Bu il yanvarın 6-da isə Dondar Quşçu kəndi ərazisində azyaşlının yanmış meyiti aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi