azia.az
azia.az

Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı

8-01-2020, 11:41


İranın İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin dəfninin ardınca ABŞ-a qarşı vəd olunan qisas əməliyyatına başlayıb. Virtualaz.org xəbər verr ki, İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq ABŞ-a qarşı “Şəhid Süleymani” kod adı altında əməliyyatın başladığını elan edib.
Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı
“Vədlərimizi və qüdrətli Allahın iradəsini yerinə yetirməyin, Amerika işğalçılarının cinayətkar və terrorçu hərəkətlərinə cavab verməyin, “Əl-Qüds” qüvvələrinin komandanının qorxaqcasına qətlinə görə qisas almağın vaxtı çatdı”,-bəyanatda deyilir.

İnqilab Keşikçiləri Korpusu bildirir ki, qisas əməliyyatı çərçivəsində İraqdakı “Əl-Əsəd” Amerika aviabazasına onlarla “yer-yer” raketləri buraxılıb.

“Biz böyük şeytanı, korlanmış Amerika rejimini xəbərdar edirik ki, istənilən sonrakı aqressiya daha ağrılı və sərt reaksiyaya səbəb olacaq”,-bəyanatda xəbərdarlıq edilir.

Xarici KİV-lər xəbər verir ki, İraqda ən azından iki Amerika hərbi bazası İran raketlərinin zərbəsinə tuş gəlib. Raketlər İran ərazisindən buraxılıb. Ərbildəki hərbi aerodrom və “əl-Əsəd” aviabazası vurulub. Ölənlər və yaralananlar haqda hələlik məlumat yoxdur. Bu arada Tehran raket zərbələrinin ikinci dalğasının başladığını bildirir.
Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı
İraqın şimalında mənzillənmiş Rudaw kürd xəbər agentliyi İranın raket zərbəs nəticəsində bir neçə ABŞ qırıcısının zədələndiyini xəbər verir. Digər məlumata görə, bir neçə qırıcı ümumiyyətlə məhv edilib. Qeyri-rəsmi məlumatlara görə tələfat var, amma onların sayı məlum deyil.

Ondan çox raketin, o cümlədən ballistik raketlərin istifadə olunduğu hücumu Pentaqon təsdiq edib. Prezident Donald Tramp müdafiə naziri Mark Esperlə və dövlət katibi Maykl Pompeo ilə təcili müşavirə keçirib. Tramp İranın raket hücumuna Tvitter-dən “hər şey yaxşıdır” sözləri ilə reaksiya verib.

ABŞ-ın Mərkəz komandanlığının bildirdiyinə görə, İnqilab Keşikçiləri Korupusu İraqdak Amerika bazalarına 15 raket buraxıb. Raketlərdən onu İraqın qərbindəki “Ayn əl-Əsəd” aviabazasını vurub, daha bir raket Ərbil aeroportuna düşüb. Qalan dörd raket is hədəfə çatmayıb.

F.Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi