azia.az
azia.az

Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTOLAR

7-01-2020, 11:34

Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTOLAR
Bakının Xətai rayonundakı Nobel prospektində yerləşən “Luna Park”da ağaclar kütləvi şəkildə kəsilir. Teref.az-ın xəbərinə görə, bu barədə sakinlərdən biri məlumat verib.
Onun sözlərinə görə, yaşları təxminən 30-50 arasında 40-50 ağac kəsilib. Xatırladaq ki, “Luna Park” 1990-2000-ci illərin əvvəllərində ən çox istifadə olunan istirahət yerlərindən biri idi. Əvvəllər bura “Nizami İstirahət Parkı” kimi tanınırdı. Sonra orada müxtəlif attraksionlar quraşdırıldı və park əyləncə mərkəzinə çevrildi. Zamanla “Luna Park” çox sayda ticarət mərkəzindəki əyləncə mərkəzlərinə rəqabətdə uduzdu. Bir neçə il əvvəl isə park təmir üçün bağlandı.(Oxu.az)
Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTOLAR
Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTOLAR
Xətai rayonunda "yaşıl soyqırım davam" edir: “Luna Park”da ağaclar kütləvi şəkildə məhv edildi — FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi