azia.az
azia.az

Pirallahı rayonunda qanvermə aksiyası keçirildi

25-12-2019, 20:51

Pirallahı rayonunda qanvermə aksiyası keçirildi
Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə qanvermə aksiyası keçirildi. Bu humanitar aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər.Pirallahı rayonunda qanvermə aksiyası keçirildi
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamalarımüəyyənləşdirilir. Belə ki, qanvermə aksiyasında 300-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verdi.Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər.
Pirallahı rayonunda qanvermə aksiyası keçirildi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi