azia.az
azia.az

Yeni icra başçısı iki məmuru işdən çıxardı

22-11-2019, 21:08

Yeni icra başçısı iki məmuru işdən çıxardı
Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb. "Report"un məlumatına görə, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.Hələlik onların yerinə heç bir təyinat olmayıb.Faktı "Report"a Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov təsdiqləyib.Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.Xatırladaq ki, son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi