azia.az
azia.az

“KRİSTAL“ MTK-NIN RƏHBƏRLİYİ DÖVLƏT PROQRAMLARINA QARŞI ÇIXIR? – NƏSİMİ RAYONUNDAN ŞİKAYƏT VAR

14-11-2019, 13:04

“KRİSTAL“ MTK-NIN RƏHBƏRLİYİ DÖVLƏT PROQRAMLARINA QARŞI ÇIXIR? – NƏSİMİ RAYONUNDAN ŞİKAYƏT VAR
Dələduzluq, fırıldaq və bu kimi xoşagəlməz hallar bir zamanlar MTK-la bağlı tez-tez hallanırdı. Eyni mənzilin bir neçə nəfərə satılması, o cümlədən mənzillərin pulunun əvvəlcədən alınmasına baxmayaraq binanın təhvil verilməməsi kimi çoxsaylı şikayətlər hər zaman gündəm mövzusu olub. Bununla bağlı əlaqədar qurumlara edilən şikayətlər belə xoşagəlməz halların sayını azaltsa da, MTK-lar bəzi xoşagəlməz işlərini başqa formada həyata keçirirlər. Kimlərəsə güvənərək artıq ərazilər zəbt etmək, eyni zamanda təhvil verdikləri binalarda ağıllarına gələn kommunal qiymətləri sakinlərdən tələb etməyə kimi çoxsaylı problemlər yaşadırlar.

Paytaxtın Nəsimi rayonu 2-ci mikrarayon Hüseynbala Əliyev küçəsində “Kristal“ MTK-nin inşa etdiyi bina ilə bağlı da ciddi narazılıqlar var. Ətrafda yaşayan sakinlər adıçəkilən MTK-nın fəaliyyətindən ciddi narazılıq edirlər. Paytaxtın parking probleminin həlli istiqamətində dövlət səviyyəsində işlər görüldüyü, narahatlığın aradan qaldırılması istiqamətində ciddi layihələr həyata keçirildiyi bir vaxtda Kristal MTK ətrafdakı əraziləri zəbt edərək ciddi parklama problemi yaradıb. Vətəndaşların rahatlığını nəzərə almayan “Kristal“ MTK-nın rəhbərliyi dövlət proqramlarına qarşı çıxdığını əyani şəkildə sübut edir.

Mövzu diqqətimizdədir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi