azia.az
azia.az

Mübariz Mənsimov və Frenk Elkaponenin tanınmış adamlar və həssas mövzular üzərində qurduqları ucuz piar mexanizmi…

6-11-2019, 17:22

Mübariz Mənsimov və Frenk Elkaponenin tanınmış adamlar və həssas mövzular üzərində qurduqları ucuz piar mexanizmi…
Mübariz Mənsimov və Frenk Elkaponenin son illər ərzindəki bəzi addımlarını izləyəndə belə bir qənaətə gəlirsən ki, bu adamlar xeyriyyəçi iş adamlarından daha çox , ucuz piar menecer kimi davranırlar. Özü də başqasının və ya şirkətlərinin deyil, öz şəxsi piarları ilə çox primitiv şəkildə məşğul olurlar. Fikir vermişəm, hər ikisi harda səsli-küylü, reklam olunması mümkün olan məsələlər var, ora baş vururlar.

Bununla da sadə əhalinin gözündən pərdə asıb, özlərini çox humanist, millətin dərdinə şərik çıxan adam kimi qələmə verirlər. Siz elə bilirsiniz onlar həqiqətən belədir? Yox! Bunu əminliklə deyirəm. Həm Frenkə, həm də Mübariz Mənsimova ağır durumda olan sadə vətəndaşların bəlkə yüzlərlə müraciəti olub. Heç cavab da verməyiblər. Niyə? Çünki həmin yardımları etməklə “raskrutka” olmaq mümkün deyil.

Bir neçə ay əvvəl, Milli Qəhrəmanlarımızdan biri Ukraynada səfərdə olarkən insult keçirdi. Bu xəbəri ilk olaraq mənə verdilər. Dərhal ictimailəşdirdim. Bir neçə dəqiqədən sonra mənimlə ölkəmizin Ukraynadakı səfirliyindən əlaqə saxladılar və ünvanı öyrəndilər. Milli Qəhrəmanın yaxınları dedilər ki, Frenk Elkapone peyda olub və onun müalicəsini üzərinə götürmək istəyir. Məsləhət gördüm ki, imtina etsinlər.

Əminiydim ki, Azərbaycan dövləti öz Milli Qəhrəmanına sahib çıxmaq kimi gücə və qüdrətə sahibdir. Belə də oldu, bir saat sonra mənə xəbər gəldi ki, səfirimiz Milli Qəhrəmanı ziyarət edib. Səhəri gün isə cənab Prezident onun müalicəsini şəxsi nəzarətinə götürdü. Yadınızdadırsa, Frenk bir dəfə də çıxıb demişdi ki, şəhid ailələrinə verilməsi nəzərdə tutulan kompensasiyaları ödəməyə hazırdır. Bu da ucuz reklam idi. Bilirdi ki, dövlətimiz buna imkan verməz.

Dövlətimiz şəhid vərəsələrinə birdəfəlik kompensasiyanı ödəməklə Frenkin təxribatçı mahiyyət daşıyan niyyətinin reallaşmasına imkan vermədi. Mən heç də varlı adamların xeyriyyəçiliyinə qarşı deyiləm, amma bu addımlar səmimi olmalıdır. Kim istəyir gəlsin, hər iki iş adamına sadə vədəndaşlar tərəfindən olunan 100-lərlə müraciəti nəzərlərinə çatdırım.

Birinə belə cavab vermədikləri ilə bağlı faktı da ortaya qoyacam. Belə də təzad olar? Deməli, burada nəsə əmma var. Əmma da budur ki, bu iş adamları xalqın nəbzini tutub, hansısa tanınmışın pis vəziyyətinin fonunda özlərini piar etməyi düşünürlər.

Hörmətli hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı yaranan vəziyyətdə də biz ucuz sensasiya axtaranların cəhdlərini müşahidə etdik. Yenə Mübariz Mənsimov efirdə göründü və bütün xərcləri qarşılayacağını bildirdi.

Bəyəm, Azərbaycan dövləti Oqtay bəyin müalicəsindən, bunun üçün nəzərdə tutulan xərclərdən imtina edirdi ki, Mübariz Mənsimov belə cəhd etdi? Bununla Mübariz Mənsimov belə təəssurat yaratmaq istəyirdi ki, güya Oqtay Gülalıyevə siyasi mənsubiyyətinə görə dövlət sahib çıxmır və o, məcbur qalıb bu addımı atır.

Hörmətli professor Adil Qeybulla öz müsahibəsində dedi ki, Oqtay bəyin müalicəsi ilk andan dövlətin nəzarətində olub. O, qeyd etdi ki, hətta hüququ müdafiəçisini əməliyyat edən cərrahlar da Səhiyyə Nazirliyi tərəfindən göndərilib və əməliyyat ideal keçib.

Son anda isə Oqtay Gülalıyevin müalicəsinin xaricdə davam etdirilməsi zərurəti ortaya çıxıb və bunun da bütün xərclərini dövlətimiz öz üzərinə götürüb. Bu məsələdə onun siyasi mənsubiyyəti, hakimiyyətə qarşşı olan mövqeyi qəti nəzərə alınmayıb. Ən əsası isə kimlərəsə imkan verilmədi ki, hansısa tanınmış şəxsin ağır durumu ilə özlərini ucuz reklam etsinlər.

Mübariz Mənsimovun xeyriyyəçilik işində qeyri-səmimi olmasını sübut edən daha bir faktı təqdim edirəm. Bu yaxınlarda Türkiyənin Kayseli şəhərində səfərdə oldum. Orda təhsil alan 190 azərbaycanlı tələbə ilə görüşümüz baş tutdu.

Tələbələr bildirdilər ki, xırda problemlərinin həlli ilə bağlı dəfələrlə Mübariz Mənsimova müraciət ediblər, ancaq iş adamı onlara heç cavab belə verməyib. Bu da əlahəzrət faktlardan biri. Allahdan Oqtay bəyə şəfalar diləyirəm, inşallah tezliklə sağalıb Vətənə dönər!

P.S Hər iki iş adamının davranışlarından görünür ki, onların Azərbaycan hakimiyyətindən narazılıqları var. Yəqin ki, bu cür vasitələrlə hakimiyyətə müəyən mənada təzyiq etdiklərini düşünürlər…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi