azia.az
azia.az

BUNUNLA ƏLİ HƏSƏNOVA QARŞI GUYA MƏHVEDİCİ BİR "KOMPRA"TAPDIQLARINA ÜMİD EDƏNLƏR...

27-10-2019, 18:56

Aydın Quliyev,
Siyasi şərhçi


Az əvvəl sosial şəbəkədə adı məlum olmayan birilərinin Prezidentin köməkçisi Əli Həsənova aid edərək yaydıqları bir KAĞIZın surətini gördüm.80-ci illərin sonlarında Moskva Dövlət Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə və aspirantın Vəzirova göndərdikləri teleqram olduğu iddia edilir.
Əvvala ,KAĞIZın məzmununda ziddiyyət var .Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlıların Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə hansı görüşlərindən söhbət getdiyi bir ziddiyyət kimi görünür.
İkinci,göstərilən 6-7 nəfərin siyahısındakı "Həsənov Ə.M"inisialının şöbə müdiri,Prezident köməkçisi Əli Həsənova aid olması qənaətinə gələnlərin bu qədər "operativliyi"şübhəli görünür.
Üçüncü, Əli Həsənovun teleqramın hazırlanması prosesində hansı dərəcədə iştirak etdiyi,ümumiyyətlə bu teleqramdan xəbərdar olub-olmadığı hələ məlum deyil.Kimlərsə mətni tərtib edərək özlərindən xəbərsiz mətnə kimlərinsə ad-soyadını əlavə edə bilərdi.Azmı olub belə faktlar?
İndi gələk əsas məsələyə.Tutaq ki ,teleqramda göstərilən şəxs həqiqətən Əli Həsənovdur.Nə olsun?O mətndə dövr üçün xarakterik olan yenidənqurma prosesləri ilə həmrəylikdən başqa nə var ki?! O zaman bütün SSRİ miqyasında gedən proseslərin içində özünü də fəal bir vətəndaş kimi görmək istəyindən doğan belə addımlar hansı məntiqlə Əli Həsənova qüsur və ya səhv kimi yazıla bilər?!O zaman -İttifaqın rəsmən dağılmasına hələ 4-5 il qalan dövrdə yenidənqurmanın əleyhinə açıq şəkildə gedən kimsə var idimi ki,Əli Həsənovun bu kursa dəstək verməsi ona qüsur sayılsın?! Əslində bir nəfər kimi hamı yenidənqurmaya dəstək vermirdimi?! Əli Həsənov da öz növbəsində həmin teleqramda 250 milyon sovet vətəndaşının biri kimi yenidənqurmanı dəstəkləməkdən başqa nə yazıb ki?! 31-32 il bundan əvvəl yenidənqurmaya bir gənc kimi ümidlə baxan Əli Həsənovun o zamankı mövqeyinin indiki kurs baxımından guya yolverilməz olduğunu düşünmək qərəz xəstəliyinə söykənmiş düşüncənin məhsuludur.KAĞIZı guya dəhşətli bir sənəd ovqatı ilə yayanların niyyətinin Əli Həsənovu vurmaq, indiki hakim siyasətin prinsip və maraqları çərçivəsində ləkələmək olduğu aşkardır..Görünür ki,radikal müxaliflər onun nümayiş etdirdiyi siyasi-ideoloji platformanın sərrast təsirlərinə qarşı samballı bir üsul düşünə bilməyiblər. Mən Əli Həsənovla eyni siyasi partiyanın üzvü olmasam da , onun Heydər Əliyev kursu ilə ardıcıl və fasiləsiz yürüyənlərdən biri olduğu təkzibolunmaz faktdır...Belədə KAĞIZın bir ciddi işə yarıyacağına ümid edənlərə yazıqlar olsun...Mənasız ümid insanın enerjisini mənasız yandıran üsulların biridir..


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi