azia.az
azia.az

Mitinq günü Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısı yayılıb

21-10-2019, 12:08


Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin oktyabrın 19-da, rəhbərliyində təmsil olunduğu qurum razılaşdırılmamış aksiya keçirdiyi zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığının audio yazısı yayılıb.
Mitinq günü Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısı yayılıb
APA-nın məlumatına görə, səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mirşahin vaxtı" proqramında yayıb.

G. Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir.
Mitinq günü Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısı yayılıb
Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur.
Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir. G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.
Mitinq günü Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısı yayılıb
Qeyd edək ki, G.Hacıbəyli "facebook" sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib, səs yazısının yayılmasına görə istifadəçisi olduğu mobil operatoru ittiham edib. ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib.
Mitinq günü Gültəkin Hacıbəylinin xarici diplomatlarla danışığının səs yazısı yayılıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi