azia.az
azia.az

Kənddə QİÇS yayıldı, sakinlər etiraza qalxdı - Foto

5-11-2019, 12:05

Kənddə QİÇS yayıldı, sakinlər etiraza qalxdı - Foto
İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərinin Çinar Mahmud kənd sakinləri etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, kənd sakinləri Səhiyyə Nazirliyinin Lordeqan şəhər şöbəsi və icra aparatı qarşısında toplaşıb.Sakinlər kənddə əhaliyə xidmət göstərən həkimlərin qan analizi və diabet yoxlanışları zaman yoluxucu xəstəliklərin viruslarının bulaşdığı şprislərdən istifadə etdiyini və nəticədə insanların QİÇS-ə yoluxduğunu bildirirlər. Hələlik kənddə yoluxmuş şəxslərin sayı tam müəyyənləşməsə də, İran parlamentinin Səhiyyə komissiyasının üzvlərindən biri 26 nəfərin QİÇS-ə yoluxduğunu söyləyib. Aksiya iştirakçıları məsul şəxslərdən məsələyə aydınlıq gətirilməsini, xəstəliyə yoluxmuş şəxslərin dövlət tərəfindən müalicəsinin təmin olunmasını tələb edirlər.İranın Səhiyyə Nazirliyi bu iddianı şayiə adlandırıb və əsassız olduğunu bəyan edib. Bununla belə, İran Səhiyyə naziri Səid Nəməki ötən gün kənd əhalisinə müraciət edib. Nazir hazırda mütəxəssislərin hadisə yerində olduğunu, analizlər götürüldüyünü qeyd edib: “Çalışırıq ki, Çinar Mahmudi bölgəsində sabitliyi təmin edək. Xəstəliyə yoluxmuş şəxslərin müalicə xərcləri alınmayacaq və müalicə xidmətləri pulsuz göstəriləcək”.Çinar Mahmudi kəndində QÇİS xəstəliyinə yoluxanların sayı və bu xəstəliyin səbəblərinə gəlincə, S.Nəməki deyib ki, xəstəliyin yayılma səbəbləri ilə əlaqədar ekspertlər araşdırma apardıqdan sonra lazımi məlumat xalqa çatdırılacaq. Eləcə də QÇİS-ə yoluxmuş xəstələrin sayı ilə bağlı da ətraflı məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi