azia.az
azia.az

Bakıda yol polisinə əl-qol atan müğənni həbs edildi – FOTO

29-09-2019, 11:11

Bakıda yol polisinə əl-qol atan müğənni həbs edildi – FOTO
“Şeron” qrupunun keçmiş üzvü həm qayda pozub, həm də polisləri təhqir edib. Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb. “Şeron” qrupunun keçmiş üzvü həm qayda pozub, həm də polisləri təhqir edib.

Bu gün saat 11:10 radələrində Nizami rayonu, Nəsimi küçəsində “STOP” nişanının tələblərini pozan sürücü yol polisləri tərəfindən saxlanılıb.
Azia.az xəbər verir ki 99 YP 378 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan əməkdaşlar – Samir Elmanov və Nüsrət Səfərov sürücüyə qayda pozuntusunu izah edərək sənədlərini tələb edib. Lakin 99 PB 494 dövlət nömrə nişanlı, “Chevrolet Malibu” markalı avtomobili idarə edən Xəyal Qasımzadə heç bir sənəd təqdim etməyib. O, yol polisləri ilə əvvəlcə mübahisə edib. Özünü “Şeron” qrupunun keçmiş üzvü kimi təqdim edən sürücü tanınmış şəxs olduğunu bildirərək yol polislərinə “ona heç nə edə bilməyəcəklərini” deyib. Ardınca YPX əməkdaşlarını təhqir edən Xəyal Qasımzadə səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Bununla kifayətlənməyən sürücü yol polisinə hücum edərək əl-qol hərəkətləri edib.
Bakıda yol polisinə əl-qol atan müğənni həbs edildi – FOTOBakıda yol polisinə əl-qol atan müğənni həbs edildi – FOTO
Lakin YPX əməkdaşları əraziyə Post patrul xidmətinin əməkdaşlarını dəvət edərək sürücünü 25-ci polis bölməsinə təhvil veriblər. Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Polisə tabesizlik göstərən, ictimai asayişi pozan sürücü Xəyal Qasımzadə barəsində məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi