azia.az
azia.az

13 saylı “zon”da nə baş verir?- PENİTENSİAR XİDMƏTDƏN AÇIQLAMA

28-09-2019, 19:04

13 saylı “zon”da nə baş verir?- PENİTENSİAR XİDMƏTDƏN AÇIQLAMA
Vaxtilə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş siyasi məhbus İlkin Rüstəmzadə özünün sosial şəbəkədəki hesabında bu müəssisədə məhkumlara işgəncələr verilməsinə dair bəyanat yayıb.
O, bildirib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsindəki məhbusların yaxınlarından dəhşətli xəbərlər alıb: “Müəssisə rəisi Çingiz Yunisov rəzil işkəncələrə başlayıb. Karserə saldığı məhbusları lüt soyunduraraq bir-birinin üzərinə bağlayır, ayaqyolunu bir-birlərinin üzərinə etməyə məcbur edir. Bununla islah olunmayan məhbusları karserdə qandalla asır və ya çarmıxa çəkir(həbsxana metoduyla). Ölkədə olan bütün hüquq müdafiəçilərindən və medya nümayəndələrindən, təcili, məsələylə bağlı nəsə etmələrini xahiş edirəm”.
Gununsesi.org – a açıqlamasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bu iddiaları təkzib edib.
O, bildirib ki, İlkin Rüstəmzadənin söylədikləri həqiqəti əks etdirmir:”İşgəncədən söhbət gedə bilməz. Bu kimi məsələlər Penitensiar Xidmətin rəhbərliyi ilə yanaşı, həm də Ədliyyə Nazirliyinin ciddi nəzarəti altındadır. Müxtəlif QHT-lər , “QıI Xaç” , Ombudsman təsisastı kimi qurumlar hər zaman cəzaçəkmə müəssisələrinə baxış
keçirir. Bu gün müəssisələrdə “qaynar xətt” var. Kimsə ona qarşı qanunsuzluq edildiyini hesab edirsə, dərhal yuxarı orqana zəng edə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi