azia.az
azia.az

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR

10-09-2019, 10:50

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə milli ideologiya – azərbaycançılıq və dövlətçilik ideologiyası sürətlə inkisaf etməyə başlayıb. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu göstərdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Ulu Öndər Heydər Əliyev inamla bunları bildirib: “Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq – öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Azərbaycançılıq ideologiyası Cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir.
Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
Bu gün dünyada istər siyasi, istərsə də iqtisadi sahədə çox ciddi hadisələr baş verir. Bu baş verən qlobal hadisələri qabaqlamaq üçün bütün dünya xalqları bir-birinin ətrafında birləşməli və əlaqələrini möhkəmləndirməlidirlər. Bu baxımdan dünya azərbaycanlıları da milli birliyini möhkəmləndirməlidirlər.
Əlbəttə ki, dünyada yaşayan 60 milyona yaxın azərbaycanlıların problemlərinin həllinə ünvanlanmış təşkilatların hamısını alqışlamaq və onlara dəstək olmaq lazımdır. Çünki, müəyyən qədər də olsa bu təşkilatlar dünya azərbaycanlılarına aid problemləri həll edirsə bu təqdirəlayiqdir. Bu təşkilatlar arasında çox güclü birlik olmalıdır.

Bu baxımdan da bu yaxınlarda Dünya Azərbaycanlıları Platformasının (DAP) yaranması və onun amalı hamımızı sevindirdi. Bu barədə Türkiyədə yaranmış DAP-nın rəhbəri kimi özünü təqdim edən Samir İsgəndəroğlu məlumat verəndə həqiqətən sevindik. Samir İsgəndəroğlu məlumat verdi ki, DAP Türkiyədə qeydiyyatdan keçib, hətta DAP-ın Rusiyadakı rəhbəri Ceyhun Əliyev də Moskvada konfrans keçirib. Lakin həmin tədbirdən 5-6 gün sonra müəmmalı şəkildə C.Əliyev istefa verdi. Sonradan məlum oldu ki, Səbail Bələdiyyəsi sədrinin müavini Mehriban Paşayeva da Bakıda belə bir konfrans keçirərək, DAP-ın Azərbaycandakı rəhbəri olub. Söylənilənlərdən belə məlum oldu ki, DAP çox möhtəşəm bir təşkilat olmalıdır.

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
Sonradan bildirdilər ki, Türkiyədə DAP-nın forumu keçiriləcək. Türkiyədən Samir İsgəndəroğlu, Azərbaycandan Mehriban Paşayevanın rəhbərliyi ilə avqustun 25-dən avqustun 31-ə qədər bu forumdakı tədbirlər planı ilə hamını tanış elədilər. Tədbirlər planı çox zəngin idi-konfranslar, tədbirlər, iclaslar, görüşlər, dəyirmi masalar, sonda isə Zirvə konfransı…

Eyni zamanda tədbir istirakçılarının hər birindən 500 dollar tədbir xərclərinə görə və Bakı-İstanbul-Bakı aviareysinə uçuş biletinə görə 333 dollar pul alıblar.

Bunun müqabilində tədbir istirakçılarına vəd olunanlar:

1. Qonaqların qarşılanması
2. Səhərlərarası ancaq təyyarə ilə uçuş
3. Şəhərdaxili avtobus gedişləri
4. 5 ulduzlu otellərdə qalmaq
5. Gün ərzində 3 dəfə yemək

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
Təxminən 20 nəfər heyətlə avqustun 25-i Bakıdan yola düşdük. İstanbulda Samir müəllim qonaqları qarşılayıb. Lakin qarşılanma deyilən səviyyədə olmayib. Çünki qonaqlar İstanbulda oteldə dincəlib Fethiyə şəhərinə getməli idilər. Lakin heç bir otel yerləşdirməsi olmayaraq, qonaqları birbaşa təyyarə ilə Fethiyə şəhərinə, sonra isə avtobusla uzun bir yolçuluqla otelə aparıblar. Heç bir ulduzu bilinməyən “Bahar” adlı otel çox aşagı səviyyədə, şəraitsiz bir otel idi. 12 saatliq yol qət etdikdən sonra qonaqlar ac-susuz oteldə yerləşdirilib. Samir müəllim iştirakçılara deyib ki, səhər 09.00-da əşyalarınızla otelin foyesinə düşərsiniz, Qarabag Caddəsinin açılışına gedəcəyik.
Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
Lakin səhər tədbir iştirakçılarına bildirblər ki, açiliş alınmır, Gəmi turuna gedəcəyik. Buna görə də ciddi şəkildə narazıçılıqlar olub. Gəmi turu da aşagi səviyyədə təşkil olunmuş bir tur idi. Orada heç bir DAP-ın təşkilatçılığından söz gedə bilməzdi, adicə bir turizm turu idi. 6 saatlıq yorgun turdan sonra qonaqları yenidən otelə qaytarıblar və acınacaqlı vəziyyət o olub ki, vəd olunmuş yemək və dincəlməklərdən əsər-əlamət olmayıb. Qonaqlar öz şəxsi vəsaiti hesabına yemək yeyiblər.
Xeyli narazılıqdan sonra avtobus gəlib və qonaqlar Antalyaya yola düşüblər (halbuki təyyarə ilə getməliydilər). Samir müəllim üzrxahlıq edib və bildirib ki, Antalyada hər şey yaxşı olacaq.

Lakin Antalyada da daha pis mənzərə ilə rastlaşdıq. Olimpiya Mərkəzində idmançılara məxsus bir “Qrida” adlı otelə yerləşdirildik. Qonaqlar şəraitsizlikdən bezib Samir müəllimə ciddi narazılıqlarını bildirdik. Şəraitsizlikdən, heç bir tədbirin olmamasından bizimlə Samir müəllim və Mehriban xanım arasında gərginliklər artıb.
Vəziyyətin gərginləşdiyini görən Samir müəllim bildirib ki, sabah-avqustun 28-də Antalya Qəzetçilər Cəmiyyətinin binasında tədbir olacaq. Həmin tədbirə qatıldıq, tədbiri Lalə adli bir xanım aparırdı. Lakin sonradan məlum oldu ki, bu tədbirin DAP-a heç bir aidiyyatı yoxdur. Bu Lalə xanıma məxsus “Azərbaycan Xalqlar Dostlugu” dərnəyinə aid bir tədbiridir, bizi isə ora qonaq qismində aparıblar. Biz tədbirin formatını bilmədiyimizə görə arada narazılıq yarandı və tədbir yarımçıq qaldı, oranı tərk etdik.

Həmin tədbirdən sonra vəziyyət bir az da gərginləşdi. Artiq 3-cü gündür ki, qonaqlar vəd edilən tədbirlərdə iştirak etmirdilər, nə də onlara elementar diqqət vardı. Boş-boşuna şəraitsiz otellərdə vaxtlarını keçiriblər. Axşam artıq tədbir iştirakçıları tərəfindən Mehriban xanıma qarşı güclü etirazlar başladı, Mehriban xanımın liftdə halı pisləşdi və ürəyi getdi. Bu hadisədən sonra hamı fikirləşdi ki, burda Mehriban xanımlıq bir şey yoxdur, Samir müəllim bütün baş verən proseslərə cavab verməlidir. Samir müəllim dəvət edildi, (oteldə otagından çıxmırdı – etirazlara görə qorxurdu) o, baş verən problemlərə görə üzrxahlıq elədi və yenə söz verdi ki, bundan sonra problem olmayacaq.

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
28 avqust saat 23:00 radələrində məlum oldu ki, Samir otelə borclu qaldıgı üçün otaqlara giriş-cıxışa məhdudiyyət qoyulub, Samir isə oteldən qaçıb otelin kənarında salınan kiçik parkda, ağacların arasında gizlənmişdi. Samirin Saqif adlı “köməkçi”si gəlib nümayəndələrimizdən biri – Arzuman Muradlıya Samirin onunla görüşmək istədiyi xəbərini verdi. Nümayəndəmiz Samirlə görüşə getdi. Samir bildirib ki, otelə 650 dollar borcu qalıb, ona görə də otel rəhbərliyi Azərbaycandan gələn qonaqların otaqlarına giriş və çıxışına qadağa qoyub (Halbuki bütün odənişlər qabaqcadan Samir müəllimin adına köçürülüb). Tədbir iştirakçıları fikirləşiblər ki, (əsasən kişilər) bu problemi öz aralarında həll etsinlər. Əlbəttə ki, güclü narazılıqlar yarandı, heç kim pul vermək istəmirdi. Ancaq Arzuman bəy həmişə olduğu kimi, bu məsələdə də barışdırıcı mövqe sərgiləyərək deyilən məbləği topladı. Amma pulu yıgıb otel rəhbərliyinə verəndə məlum olub ki, Samir müəllimin otelə 650 dollar yox, 1000 dollardan çox borcu qalıb. Hətta otel rəhbərliyi Samir İsgəndəroğluna çox təhqiramiz sözlər deyib. Arzuman bəyin dəstəyi ilə pulu yıgıb otelin borcunu ödədik.

Artiq kollektiv şok keçirirdi. Hamılıqla qərara gəldik ki, Samir müəllim bütün bu baş verənlərə aydınlıq gətirməlidir. Tədbir iştirakçıları Samir müəllimlə görüşüblər,
Samir and-aman edib ki, belə hadisə bir də baş verməyəcək və bizim yanımızda xəcalətli olduğunu etiraf edib. Bildirib ki, otelə ödədiyiniz pulları da sabah qaytaracagam.

Samir İsgəndəroğlu bildirdi ki, sabah Ankaraya gedəcəyik, avtobusun pulunu da – 3700 lirə ödəmişəm, 5 ulduzlu “Qreen Park” oteldə yerləşəcəyik, Ankaradakı tədbirlərimiz yüksək səviyyədə keçiriləcək.

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
Sabah saat 11:30-da oteldə otaqlarımızı tərk edib foyeyə düşdükdə Samir İsgəndəroğlu bildirdi ki, avtobus gecikir, 13:30-da olacaq. Artıq kollektiv arasında yenidən narazılıqlar baş qaldırırdı. Sonra Samir bildirdi ki, minibus (balaca avtobus) sifariş verib. Kollektiv 30 nəfərə yaxın oldugu üçün yenidən narazılıq yarandı və qərara gəldilər ki, kiçik avtobusu daha böyük, konfortlu avtobusla əvəzləsinlər. Vaxt gedirdi, ancaq avtobusdan heç bir xəbər yox idi. Araşdırma apardıqdan sonra aydın oldu ki, sən demə, Samir İsgəndəroğlu avtobus üçün heç bir ödəniş etməyib, ona görə də avtobus gəlməyib və yenə də bizə yalan danışır. Artıq həqiqətən “sözün bitdiyi yer” burada deyilib.

Yenə də tədbir iştirakçıları 3600 lirə pul yıgıb firmaya ödədikdən sonra avtobus gəldi. 8 saat yol getdikdən sonra Ankarada “Brukrotiya” otelinə yerləşdirildik. Yenə də eyni ssenari, eyni acınacaqlı durum-aşagı səviyyəli otel. Samir müəllim bildirdi ki, otelin 1 gününü ləgv eləyiblər, biz sabah yerləşəcəyik. Səhəri günü iştirakçıları nəhayət ki, 5 günlük iztirabdan sonra normal bir otelə yerləşdirdilər. Proqrama görə, qonaqlar əvvəl M.Ə.Rəsulzadənin məzarını, Xocalı məqbərəsinə ziyarət etməli idilər. Axşam isə Zəfər bayramı ilə əlaqədar Türkiyə Prezidenti R.T.Ərdoganla görüş keçiriləcək və DAP forum nümayəndələri də o tədbirdə iştirak edəcək.
Saat 14:00-da Xocalı məqbərəsinə ziyarətə yola düşdük. 1,5 saata yaxın yol gedib Kızılcahamam qəsəbəsindəki möhtəşəm Xocalı Məqbərəsini ziyarət etdik. Ziyarətdən sonra nümayəndələri yemək yeməyə apardılar. Yemək yeyilən vaxtı Mehriban Paşayeva, Samir İsgəndəroğlu və qəsəbənin Bələdiyyə başqanı məclisi tərk etdilər. Biz səbəbini soruşduqda Türkiyə prezidenti R.T.Ərdoganın da iştirak etdiyi Zəfər bayramına gedəcəklərini bildirdilər. Biz ciddi şəkildə narazılıgımızı bildirdik ki, axı Prezidentin istirak etdiyi bu tədbirdə bütün forum iştirakçiları iştirak etməlidirlər. Ancaq onlar bizə hörmətsilik edərək yollarına davam elədilər.

Artıq 6 gün idi ki, tədbir iştirakçıları aldadılırdı, proqram üzrə heç bir tədbir keçirilmirdi. Ona görə də Samir müəllimə, Mehriban xanıma qarşı cıddı narazılıqlar daha da şiddətlənirdi (bu narazılıq elə ilk gündən başlamışdı). Forum iştirakçıları arasında belə bir fikir formalaşmışdı ki, bunlar bizi aldadıblar. Bunların qəlblərində azərbaycançılıq yox, sadəcə ucuz şöhrətpərəstlik, insanları aldatmaq, insanların haqqlarını mənimsəmək hissləri var.

Ona görə də avqustun 31-də keçiriləcək yalançı tədbirə demək olar ki, heç kim qatılmadı.

Həqiqətən də belə bir missiyanı üzərinə götürən Samir İsgəndəroğlu və Mehriban Paşayeva öz məsuliyyətlərini dərk eləmirdilər.

Azərbaycançılıq adından alver edənlər ifşa olundular – DAP-ın Türkiyədəki tədbirindən ŞOK AÇIQLAMALAR
25-30 ziyalıya hörmətsizlik edən, onları belə dinləmək istəməyən, hətta bəzi anlarda haqlı tələblərinə görə, onları hədələyən, təhqir edən, Sizi Bakıda cəzalandıracam deyən, onlara vəd elədiyi xidməti göstərməyən bu 2 (iki) (sonradan 3 oldular, Rusiyadan gələn Hidayət də onlara qoşuldu) insana necə dünya azərbaycanlılarının taleyini etibar edəsən?

Axı biz hər dəfə belə aldanırıq, yalnış adamlara etibar edirik, sonra isə əziyyət çəkirik. Ona görə də hər bir azərbaycanlı azərbaycançılıq adı altında öz şəxsi mənafeyini güdən, öz soydaşlarını aldadan insanlara– Samir İsgəndərə, Mehriban Paşayevaya, Hidayət müəllimə “yox” deməlidir.

QEYD: Hidayət müəllim səfərin ilk günlərində tamamilə Samir İsgəndəroğlu və Mehriban Paşayevaya qarşı zidd gedirdisə, son günlər ona vəd elədilər ki, DAP-ın Rusiya üzrə rəhbəri sən olacaqsan, Hidayət müəllim həmin an 180 dərəcə dönərək onların tərəfinə keçdi. Guya Hidayət müəllim Rusiya azərbaycanlılarının lideri olacaq. 1 həftə ərzində 3 dəfə sözünü dəyişən şəxsdən lider çıxarmı?

Onsuz da dünyada yaşayan azərbaycanlıların problemləri çoxdur. Bu problemləri həll etmək üçün azərbaycanlılar ciddi təşkilatlarda, ciddi liderlərin ətrafında birləşməlidirlər.

Dünya azərbaycanlılarını təmsil edən təşkilatlara –savadsız, iradəsiz, məsuliyyətsiz, insanlara yuxarıdan aşagı baxan, azərbaycançılığa hörmət qoymagı bacarmayan, dediyi sözü tuta bilməyən, insanların haqqlarını yeyən, şəraitə uygun əqidəsini dəyişən – “liderlər” heç kimə lazım deyil.

Vüqar Qaziyev

DAP-ın Türkiyədə keçirdiyi tədbirində iştirak edən “DETEKTİV Lyuks” qəzetinin və Detektivinfo.com saytının baş redaktoru

Qarşı tərəfin və tədbir iştirakçılarının mövqeyini dinləməyə hazırıq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi