azia.az
azia.az

KXCP-də sədrlik uğrunda savaş başlayıb

4-09-2019, 12:05

KXCP-də sədrlik uğrunda savaş başlayıb
Oqtay Güləliyev qrupu Mirmahmud Mirəlioğluna qarşı...
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) ciddi qalmaqal yaşanması ilə bağlı məlumatlar yayılıb. KXCP üzvü Oqtay Güləliyev sosial şəbəkədə partiyanın avqustun 26-da keçirilən Ali Məclisin sessiyasında dava-dalaş düşdüyünü bildirib.

Onun məlumatlarına görə, partiya sədri Mirmahmud Mirəlioğlunun gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edib, ona hücum çəkiblər. Partiya üzvü Nisəxanım Vəliyeva iddia edir ki, Ali Məclisin sessiyasında onu təhqir edib, üstünə hücum çəkiblər.

Bəzi məlumatlarda isə deyilir ki, KXCP-də sədrlik uğrunda mübarizə gedir. Problemin kökündə bu məsələ dayanır. Oqtay Güləliyev Mirmahmud Mirəlioğlunu sədrlikdən uzaqlaşdırıb özü sədr olmağa çalışır. Bunun üçün uzun müddətdir adıçəkilən şəxslər arasında gərgin münasibətlər hökm sürür. O.Güləliyevin sosial şəbəkədə və mediada KXCP sədrinə qarşı hücumları genişləndirdiyi, bu prosesə özünün tərəfdarlarını da cəlb etdiyi müşahidə olunur. Eyni zamanda iddia edilir ki, hələ də Milli Şurada qalan O.Güləliyevi AXCP sədri Əli Kərimli dəstəkləyir. Əli Kərimli köhnə “düşməni” M.Mirəlioğlunu O.Güləliyevin əli ilə KXCP sədrliyindən kənarlaşdırmağa və KXCP-ni Milli Şuraya gətirməyə çalışır.

Xəzər Teyyublu ile ilgili görsel sonucu

Deyilənlərə münasibət bildirmək üçün KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu ilə əlaqə saxladıq. X.Teyyublu bildirdi ki, Ali Məclisin 26 avqustda keçirilən iclasında iştirak etmədiyi üçün orada baş verənlər haqda dəqiq nə isə deməkdə çətinlik çəkir: “Ümumi olaraq deyə bilərəm ki, KXCP hazırkı vəziyyətdə ölkədə ictimai-siyasi durğunluq durumunda demokratiya uğrunda fəaliyyətinə davam edir. KXCP qocaman, uzun və ağır siyasi yol gəlmiş partiyadır. Bölücülük, destruktiv fəaliyyət burada alınmaz. Həll olunacaq məsələlər var ki, yəqin onlar da həllini tapar”.

KXCP İdarə Heyətinin keçmiş üzvü, partiya fəalı Südeyif Sadıqlı isə aznews.az-a müsahibəsində deyib ki partiyanın heç bir tədbirlərinə getmir, amma ümumi olaraq partiya daxilində baş verən proseslərdən xəbərdardır: “Partiyada bəzi narazılıqlar var. Həmin narazılıqlar ucbatından da təkcə mən deyil, partiyanın ən aparıcı 5 nəfər üzvü qurumdan ayrılmaq üçün istefa verib, kənarda durmuşuq. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, keçmiş dostlar bizi günahlandırırdılar ki, guya bizlər partiyanın inkişafına mane oluruq. Biz də sakit oturmuşuq. Nə partiyanın, nə də sədrin əleyhinə açıqlama veririk. Lakin partiyanın bəzi üzvləri var ki, müntəzəm olaraq, xüsusilə sosial şəbəkələrdə nəinki cəbhəçiyə, ümumiyyətlə, insana yaraşmayan münasibətlər göstərirlər. Onlar partiyanın sədrinə, bəzi üzvlərinə, o cümlədən qurumun fəaliyyətinə qarşı xoşagəlməz ifadələr işlədirlər. Halbuki həmin şəxslər bu günə kimi partiyada heç bir ciddi fəaliyyət göstərməyiblər. Hətta rayon şöbələrinin çoxları yığıncaqlarını belə keçirməyiblər. Ona görə partiyanın qurultayı da ləngiyir.

Nisəxanım Vəliyeva isə uzun müddətdir ki, KXCP üzvüdur. Nisəxanım Vəliyevanı sədrə və partiyaya sadiq partiya üzvü kimi tanıyırdıq. Mirmahmud Mirəlioğluna qarşı münasibəti də səmimi idi. Sosial səhifədə yazdığı fikirlərdən aydın olur ki, onun sədrə qarşı münasibətinin dəyişməsində kənar qüvvələrin əli var. Təəssüf ki, Nisəxanım Vəliyeva bu istiqamətdə fəaliyyətini hələ də dayandırmayıb. Biz onun fikirlərini istər mətbuatda, istərsə də sosial şəbəkədə mütəmadi olaraq izləyirik. Nisəxanım Vəliyeva nəinki sədri tənqid edir, hətta Mirmahmud ağanın ünvanına aşağılayıcı ifadələr işlədir. Bəzən təhqirlərə də yol verir. Açığını deyim ki, mən o təhqirləri qadına yaraşdırmazdım. Yəni qadının ağzından belə ifadələr çıxmamalıdır".

S.Sadıqlı deyib ki, partiyada bəzi üzvlər var onların iddiaları özlərindən çox-çox böyükdür. Onlardan biri də elə Oqtay Güləliyevdir: “Mərhum prezident Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra partiyanın Nizami rayon şöbəsini təsis etdik. İlk gündən həmin şöbənin sədri oldum. Oqtayın Nizami şöbəsinə heç bir aidiyyəti yox idi. Onu biz bir gənc kimi irəli çəkdik, partiyanın Ali Məclisinin üzvü elədik. Ümid etdik ki, o, gəncləri ətrafına yığıb partiyanı gəncləşdirəcək. Çox təəssüf ki, biz onunla bağlı olan ümidlərimizdə yanıldıq. Zaman keçdi, Mirmahmud bəy Oqtay Güləliyevi irəli çəkdi, sədrin müavini, İdarə Heyətinin üzvü etdi. Həmin dövrdə Oqtay Güləliyev KXCP və onun sədri haqqında yüksək fikirdə idi. Amma Milli Şura məsələsinə gələndə fikirləri dəyişdi. KXCP Milli Şuradan geri çəkildi, amma Oqtay Güləliyev bu günə kimi Milli Şuradadır. Partiyada heç bir fəaliyyəti olmayan Oqtay Güləliyev qəfildən partiya sədri olmaq fikrinə düşdü. Halbuki onun nəinki partiyada, heç Nizami şöbəsində belə nüfuzu yoxdur. Oqtay yaxşı hüquq müdafiəçisi ola bilər. Amma KXCP-yə sədr olmağı onun xəyalıdır. Sədrin hədəfə alınmasının da bir əsas səbəbi son vaxtlar Mirmahmud Mirəlioğlunun cəmiyyətdə nüfuzunun artmasıdır”.

Etibar SEYİDAĞA,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi