azia.az
azia.az

Türkiyə PKK-ya qarşı yeni əməliyyata başladı: “Kıran-2”

28-08-2019, 18:00

Türkiyə PKK-ya qarşı yeni əməliyyata başladı: “Kıran-2”
Jandarma, polis və mühafizə xidmətinin dəstəyi ilə Mardin, Şırnak və Batman vilayətlərində PKK-ya qarşı “Kıran-2” əməliyyatına başlayıb. Avropa.info xəbər verir ki, əməliyyatı jandarma baş komandanı ordu generalı Arif Çetin və polis müdiri Mehmet Aktaş Mardinin Midyat rayonundan idarə edəcək. Əməliyyata PKK üzvlərini ələ keçirmək, istifadə etdikləri sığınacaq, bunker və anbarları müəyyən edərək məhv etmək tapşırıqları daxildir. Əməliyyatda jandarma komando, jandarma və xüsusi təyinatlı polislər, mühafizə xidmətindən ibarət 117 əməliyyat komandası iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi