azia.az
azia.az

Qəbirqazan: Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik – MÜSAHİBƏ

22-08-2019, 17:32


İllər əvvəl bir kişinin dəfn mərasimi idi. Səhv eləmirəmsə, Göyçayda idi. Mərhumun cəsədini aparırdılar. Əzizləri cəsədi daşıyanda inilti eşidiblər. Bir də gördük ki, mərhum anidən dirildi. Özüm də qorxdum. Təsəvvür edin, bir qədər əvvəl adama cənazə namazı qılmağa hazırlaşırdıq. Amma sən demə, kliniki ölüm keçirib. Anlaşılmazlıq olub. Az qala diri-diri dəfn edəcəkdik.
Qəbirqazan: Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik – MÜSAHİBƏ
Azia.az Oxu.Az-a istinadən qəbirqazan F.Məlikovla (ad şərtidir) müsahibəni təqdim edir:
O deyir ki, qəbir qazmaqla məşğul olsa da, mollalardan çox şey öyrənib:

– Neçə ildir bu işlə məşğulsunuz?

– Artıq 30 ildən çoxdur ki, qəbir qazıram.

– Nə üçün məhz bunu özünüzə peşə etmisiniz?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Yəqin, bu da mənim qismətim olub.

– Bizə bir qədər şəriət qanunlarının buyurduğu məqamlardan bəhs edin. Ümumiyyətlə, hər insan üçün qazılan qəbir eyni olmalıdır, yoxsa puldan asılıdır?

– Bilirsiniz, əslində, şəriət qaydalarına görə ölmüş şəxsin dəfn olunması üçün ayrılan qəbir yerinin uzunluğu minimum iki metr, eni bir metr, dərinliyi isə 1,4 metr olmalıdır. Sadəcə olaraq, insanlar eyni çəkidə, eyni hündürlükdə olmadıqları üçün, şəxsin bədən ölçülərini nəzərə almaqla, qəbir yerlərinin ölçülərini mütənasib qaydada dəyişdirilməsinə icazə var.

Lakin təəssüf ki, bəzən insanlar dəfn mərasimində də göstəriş xətrinə daha dərin, daha geniş qəbirlər qazdırmaq istəyirlər. Onlar başa düşmür ki, bunun ölən insan üçün heç bir faydası yoxdur. Mərhumun yaxınlarına bu barədə məlumat verdikdə isə acıları təzə olduğu üçün kəskin reaksiya verirlər.

– Şəriət qaydalarında qadınların daha dərin basdırıldığı qeyd edilirmi? Yoxsa bu da şəriət qaydaları adı altında yayılan yanlış məlumatdır?

Qəbirqazan: Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik – MÜSAHİBƏ

– Bilirsiniz, bu barədə günümüzə gəlib çatan məlumatlar olduqca təhrif olunub. Bu mövzu ilə əlaqədar bir çox verisyalar var. Əslində, qadının məzarı beş daş, kişininki isə dörd daş hündürlüyündə hörülməlidir. Daşlar qoyulduqdan sonra isə 40 sm hündürlükdə torpaq tökülür. Müsəlmanın qəbrinin üstü bağlandıqdan sonra dörd barmaq hündürlüyündə torpaqla örtülməlidir. 40 gün ərzində torpaq bir qədər çökür. Bu zaman yenidən torpaqlanması məqbul hesab olunur.

– Dediniz ki, qadın və kişilərin qəbirləri arasında dərinlik fərqi ilə bağlı bir sıra fərziyyələr var. Söhbət hansı fərziyələrdən gedir?

– Bəzən deyirlər ki, şəriət qaydalarında, İslamda belə bir məqam var ki, qadınlar kişilərdən təxminən 40 sm daha dərində basdırılmalıdır. Əslində, nə “Qurani-Kərim”də, nə də şəriətdə belə bir vacibat yoxdur. Heç başqa dinlərdə belə bu yoxdur. Sadəcə, bu məqam Azərbaycanda uzun əsrlər boyu adət-ənənələrdən irəli gələn fərziyyədir.

“Tövrat”da da, “İncil”də də, “Quran”da da qadının Adəm peyğəmbərin qabırğasından əmələ gəldiyi qeyd olunur. Bu səbəbdən İslamda qadına çox böyük dəyər verildiyi qeyd edilir. Lakin bunun dəfnlə bağlılığı yoxdur.

Bir başqa fərziyyə tibbi cəhətdən irəli sürülür. İddia edilir ki, qadın və kişi bədəninin öldükdən sonra çürümə prosesi fərqli gedir. Belə deyirlər ki, qadının bədəni çürüməyə başladıqdan sonra kişilərə nisbətən daha ağır qoxu yayılır və bu səbəbdən onları daha dərin basdırırlar. Lakin bu da əsassızdır. Tibb sübut edir ki, bu proses eynidir.

VII əsrə qədər olan dəfn mərasimləri indikindən fərqli olub, VII əsrin ortalarından başlayaraq – Azərbaycanda İslam dini bərqərar olduqdan sonra isə bu prosedurlar dəyişilib. O vaxt müxtəlif dəfn üsulları olub.

– Demək istəyirsiniz ki, kişiləri necə gəldi, ancaq qadınları dində müqəddəs hesab olunduqları üçün şəriət qaydalarına uyğun dəfn edirlər?

– Xeyr. Sadəcə olaraq qadın kişi üçün yaradıldığı, qadınların bədənində görünməsi məqbul hesab edilməyən hissələr (bədən üzvləri) çox olduğundan onlar daha təmiz, pak, dərin basdırılır. Ən uyğun versiya budur. Ümumiyyətlə, qadın dəfn ediləndə molla qadının çiyin hissəsinə yaxın hissədə dayanmalıdır, kişilər dəfn ediləndə isə molla tam ortada dayanmalıdır.

– Qadını, kişini bildik. Bəs translar hansı dərinlikdə dəfn edilir?

– Bilirsiniz, bu məqamı çox vaxt bizə demirlər. Normalda elə bir fərq olmur. Şəxsiyyət vəsiqəsinə baxırıq. Kişi kimi qeydiyyata düşübsə, cənazə namazı kişilər üçün oxunur, qadındırsa, qadınlar üçün. Gerisi Allahla bəndə arasındadır.

– Bu barədə maarifləndirici tədbirlər görülürmü?

– Din elə bir mövzudur ki, bir insanın uzun illər inandığı, tətbiq etdiyi işin yanlış olduğunu ona desən, kəskin reaksiya verəcək. Bir neçə dəfə olub, mərhum yiyəsi deyib ki, ölən qadındır, qəbiri bir az dərin qaz. Mən ona bunun əsassız olduğunu desəm də, o sərt reaksiya verib. Hərdən düşünürlər ki, biz əziyyətdən qaçmaq üçün belə deyirik. Nə deyim, belə də olur.

Nəzərə alsaq ki, kişilər qadınlara nisbətən daha ucaboy olur. Bu dərinlik məsələsi bir qədər də oradan qaynaqlanır. Çünki eyni dərinlikdə məzar kişi üçün qurşağa, sinəyə qədər qazılmış görünür, qadın üçün isə boyuna qədər. Bu da bir başqa məqam.

– Nə üçün qəbiristanlıqlar şəhərdən kənarda, dağlıq ərazilərdə salınır?

Qəbirqazan: Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik – MÜSAHİBƏ

– Belə qəbul edilir ki, dağlıq ərazilər hündür olur. Bu isə şəriət qaydalarına görə, ölən insanı Allaha bir qədər də yaxın edir. Belə qəbul olunub. O zamanlar sel suları, daşqınlar olurdu. İndi çox rast gəlinməsə də, o vaxt goreşən heyvanlar çox idi. Qəbirləri qazıb meyitlərin hissələrini çıxarırdılar. Təbii ki, zamanlar meyit çürüyür, söhbət dəfn mərasimindən bir qədər sonra bənzər hadisələrin yaşanmaması üçün nəzərdə tutulub.

– Siz buna inanırsınız?

– Şəriət qaydalarında, uzun illərdən bəri gələn adət-ənənələrdə belə buyurulub. Biz də belə eşidib, belə öyrənmişik.

– Müsəlmanın dəfn prosesinin ardıcıllığına toxunardınız.

– Müsəlmanın dəfni beş vacibatla (qüsul, hənud, kəfən, cənazə namazı, dəfn) yerinə yetirilir. Müsəlmanın sağ çiyni üzərinə başı günbatana, ayaqları isə günçıxan tərəfə, mütləq şəkildə üzü qibləyə, Məkkə tərəfə baxmalıdır. Bəzən kəfənin düyünlərini, mərhumun üzünü açmırlar. Bu yanlışdır. Kəfənin düyünləri açılıb sağ çiyni və üzünün sağ tərəfi birbaşa torpağa toxunmalıdır. Hərdən “üzünə, gözünə bir az torpaq tök” deyirlər. Bundan başqa, vacibat var ki, müsəlmanın kəfəninə sərtasər, köynək, fitə bükülsün. Meyitə qüsl veriləndən sonra kəfənin üzərinə qoyulur.

Birinci, meyitin qolunun altından topuğuna qədər fitə bükülməlidir. İkinci, kürək hissəsindən köynək bükülür və boğazına qədər bağlı olmalıdır. Üçüncü, sərtasər bükülür və ayaqdan, ortadan, başdan düyün vurulur. Qəbirə qoyulanda isə bütün düyünlər, sərtasər isə üz nahiyəsi və sağ çiyinə qədər açılmalıdır.

– Mərhum qazdığınız torpaqla dəfn olunur?

– Torpağın üzü götürülür. Təxmini olaraq insan ayağı dəyməyən, murdarlanmayan torpaq yenidən meyitin üzərinə tökülərək dəfn edilir.

– Nə üçün dəfn prosesində yalnız kişilər iştirak edir?

– Müsəlmanların dəfn mərasimində, ümumiyyətlə, yalnız kişilər iştirak edir. Amma nə qanunda, İslamda, nə də “Quran”da bu söhbət yoxdur. Heç bir ciddi əsası yoxdur. Bu, sadəcə, əsrlər boyu müxtəlif tarixdən, ölkələrdən bizə gəlib çıxmış kökü, əsası olmayan adətlərdir. Düşünürlər ki, qadınlar daha emosional olur, dəfn zamanı özlərinə xətər yetirə bilərlər.

– Şəriət qanunları bizə məzarı açmağa icazə verirmi?

– Əslində, şəriət qanunlarına görə, dəfn olunan şəxsin məzarının açılması məqbul deyil. Ümumiyyətlə, dəfn olunan insanın meyiti yerindən, torpağından, havasından asılı olaraq müəyyən zaman çərçivəsində çürüyür.

İsti hava şəraiti müşahidə edilən ölkələrdə, demək olar ki, 35 il ərzində meyit tam şəkildə çürüyür. Lakin çürümə prosesini gecikdirən məqam var. Biz məzarı qazanda içərisini daşla hörürük. Bu, meyitin torpaqla təmasını bir qədər yubadır. Rayon yerlərində bu yoxdur, onlar qəbiri qazır və mərhumu torpaq üzərinə qoyaraq dəfn edir. Soyuq iqlimin hökm sürdüyü ölkələrdə meyitlərin çürümə prosesi isə çox ləng gedir.

O ki qaldı məzarın açılması məsələsinə, bu, məqbul deyil. Amma 35 ildən sonra, əgər həmin şəxsin yeni rəhmətə gedən ölüsünü dəfn etmək üçün yeri yoxdursa, həmin məzarı açıb meyiti o qəbirə qoya bilər. Bu, yalnız ən son halda, çıxılmaz vəziyyətdə qalan şəxslər üçün məqbuldur.

35 ildən bir eyni qəbirə yeddi nəfərə qədər cəsəd qoymaq olar. Əks halda maddi vəziyyət imkan verirsə və bunu etməmək üçün belə addım atılırsa, bu, günahdır. Çünki şəriət qanunlarına görə, ölən şəxsin malının 1/3-i onun dəfni üçün xərclənməlidir.

– Ümumiyyətlə, şəriət bizə nə buyurur: qəbir itməlidir, ya təmtəraqlı bəzədilməlidir?

– Əslində, qəbirlər unudulub getməlidir. Məsələn, bu gün mənim atam rəhmətə gedir. Mən onu dəfn edirəm, qəbrini ziyarət edirəm. Mənim övladım biləcək ki, bu, onun babasının qəbridir, ziyarət edəcək. Övladımın övladı da, bəlkə, bu barədə məlumatlı olar və ziyarət edər. Artıq sonrakı nəsil üçün bu qəbirlərin mövcudluğunun əhəmiyyəti qalmır. O baxımdan, qəbirlərin unudulması bu qədər göstərişli qəbir daşlarından daha yaxşı olardı.

– Heç olub ki, dəfn zamanı ölən şəxs dirilsin?

– Bəli, olub.

– Bəs ölüm kağızı olmadan necə dəfn prosesi aparılıb?

Qəbirqazan: Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik – MÜSAHİBƏ

– Xeyr, həkim kağızı əsasında aparılıb. İllər əvvəl bir kişinin dəfn mərasimi idi. Səhv eləmirəmsə, Göyçayda idi. Mərhumun meyitini aparırdılar. Əzizləri cəsədi daşıyanda inilti eşidiblər. Bir də gördük ki, mərhum anidən dirildi. Özüm də qorxdum. Təsəvvür edin, bir qədər əvvəl adama cənazə namazı qılmağa hazırlaşırdıq. Amma sən demə, kliniki ölüm keçirib. Anlaşılmazlıq olub. Az qala diri-diri dəfn edəcəkdik.

– Qəbirin üzərinə sement tökmək doğrudurmu?

– Xeyr. Allah yer üzünü qəbiristanlıq olsun deyə yaratmayıb. Qəbir qazılır, mərhumu şəriət qaydalarına uyğun məzara qoyub, üzərini torpaqla örtmək lazımdır. Sement təmtəraqlı baş daşları üçün lazımdır ki, torpaq çökməsin. Şəriətə görə isə məqbul deyil.

– O vaxt şəhidləri, dünya müharibəsində şəhid olanları elə yerindəcə dəfn edirdilər. Nə namaz qılınır, nə qəbir şəriət qaydalarına görə qazılırdı.

– Vəziyyətdən asılı olaraq o məqbul hesab edilə bilər. Şəhidlərin qanı onların qüslü hesab olunur. Qəbir dərinliyini isə qəbulolunan hesab etmək olar, çünki orada normal dəfn prosesini, ardıcıllığı yerinə yetirəcək şərait olmur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi