azia.az
azia.az

"Gilan Holdinq"ə məxsus "Natura" şirəsindən belə iyrənclik çıxdı - FOTOLAR

16-08-2019, 06:36


Bakının Nəsimi rayonunda yaşayan Ayxan Rəhimli adlı şəxs Hüseynbala Əliyev küçəsində yerləşən marketlərin birindən aldığı "Natura" şirəsinin içindən meyvə çürükləri çıxıb.
"Gilan Holdinq"ə məxsus "Natura" şirəsindən belə iyrənclik çıxdı - FOTOLAR
Unikal.org-a Ayxan Rəhimli adlı şəxs müraciət edərək bildirib ki, marketdən aldığı "Natura" şirəsinin qapağını açdıqdan sonra içmək istəyərkən xoşagəlməz halla qarşılaşıb:

"Ağzını açıb, stəkana şirəni süzməyə başladım. Gördüm ki, şirənin içindən bulanıq nəsə çıxır. Bundan sonra ögüməyə başladım. Əvvəlcə fikirləşdim ki, şirənin içindən çıxan, yəqin qabın karton qalıqlarıdır. Sonra içini sirkələməyə başladım. Bundan sonra içindən daha da bulanıq nəsə çıxdı".

Ayxan Rəhimli bildirib ki, artıq məsələ ilə bağlı istehsalçı şirkətdən - "Gilan Holdig”dən maraqlanıblar:

"Gilan FMCG groupda içecek kateqoriyasının trade marketinqinin Anar Əsədov adlı əməkdaşı məndən sözügedən şirənin qabını istədi.

Bildirdi ki, əgər sözügedən meyvə qutusu hələdə sizdədirsə onu alıb laboratoriya şəraitində də test etdirmək isteyirik. Açıqlamamızı da ən qısa zamanda sizə də göndərəcəyik".

Vətəndaş vurğulayıb ki, artıq sözügedən meyvə şirəsini aldığı marketə təqdim edib: "Onlar da şirə qabını Gilanın əməkdaşlarına təqdim edəcəklər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi