azia.az
azia.az

Bakıda vəzifəli şəxslərin 5 milyon manatlıq cinayəti - İş məhkəmədə

8-08-2019, 11:47


Azia.az təqdim edir. Bakıda dələduzluqda təqsirləndirilən Faiq Məmmədov və Fuad Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakıda vəzifəli şəxslərin 5 milyon manatlıq cinayəti - İş məhkəmədə
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Fuad Bayramov "MƏK-AN" MTK-nın təsisçisi, Faiq Məmmədov isə şirkətin vəzifəli şəxsi olub.

İttihama görə, bina tikintisi və təchizat işləri ilə məşğul olan şirkətin vəzifəli şəxsləri ümumilikdə 44 vətəndaşa qarşı 5 milyon ABŞ dollarından artıq dələduzluq edib.

Daha əvvəl Faiq Məmmədov mətbuatda açıqlamasında bildirib ki, Fuad Bayramovun maliyyə fırıldağının qurbanı olub.

Əmək fəaliyyəti dövründə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışdığını qeyd edən Faiq Məmmədov söyləyib ki, ümumi tanışlar vasitəsilə ilə 2016-cı ildə tanış olduğu və özünü sahibkar kimi təqdim edən Fuad Bayramov bizneslə məşğul olduğunu bildirərək, onu həmin biznesə investisiya qoymağa dəvət edib.

Lakin 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun "MƏK-AN" MTK-da qalması bəhanəsi ilə ödənişi ləngidib.

Daha sonra isə ümumilikdə 5 327 229 ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini deyib. Nəticədə zərərçəmişlər Daxili İşlər Nazirliyinə şikayət edib.

Şikayət əsasında Fuad Bayramov 2018-ci il mart ayının 31-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.4 (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Daha sonra Fuad Bayramovla birgə Faiq Məmmədova da ittiham elan olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi