azia.az
azia.az

Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO

6-07-2019, 21:52

Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTORövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO
OCAR prezidenti Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına məclisi təşkil edilib. Publika.az xəbər verir ki, dünən R.Abdullayevin oğlu Rəşad Abdullayevin toyu olub. “Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib.Məlum olub ki, deputat Qənirə Paşayeva ilə qohum olan SOCAR prezidentinin gəlini üçün toydan əvvəl ərəbsayağı xına mərasimi təşkil olunub. Məclisi şairə Nazilə Səfərli aparıb. Renka isə məclisin əsas rəqqasəsi olub.Məlumat üçün bildirək ki, dünən təntənəli məclisi estradamızın əsas ulduzları - Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan aparıb. Həmçinin Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alıb.Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva olub. Qeyd edək ki, Rəşad Abdullayev Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənib.
Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO
Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO
Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO
Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi