azia.az
azia.az

Örüşdə kütləvi zəhərlənmə-Ağsuda 14 baş heyvan öldü

28-06-2019, 10:03

 Örüşdə kütləvi zəhərlənmə-Ağsuda 14 baş heyvan öldü
Ağsu rayonunda iri buynuzlu heyvanlar arasında kütləvi ölüm hadisəsi baş verib. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Padar kəndində qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, iribuynuzlu heyvanlar örüş sahəsində otlayan zaman kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı kənd sakinlərinə məxsus 14 baş iribuynuzlu heyvan ölüb. Yerli sakinlərin sözlərinə görə, onlara ümumilikdə 25 min manata yaxın ziyan dəyib.
Hadisə ilə bağlı rayon Baytarlıq İdarəsinin həkimləri əraziyə baxış keçiriblər. Ölmüş heyvanlardan nümunələr götürülərək araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Heyvanların hansı səbəbdən zəhərlənməsi laboratoriyanın rəyindən sonra müəyyən olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi