azia.az
azia.az

Şöbə müdiri: “Şamaxıdakı Məlikçobanlı vulkanı sonuncu dəfə 42 il bundan əvvəl püskürüb”

29-05-2019, 11:42


Azia.az: “Şamaxıda püskürən Məlikçobanlı vulkanı sonuncu dəfə 42 il bundan əvvəl püskürmüşdü”. Bunu “Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
O bildirib ki, hadisə baş verəndən sonra İnstitutun əməkdaşları ilə birlikdə vulkan püskürən əraziyə yollanıblar: “Biz əməkdaşlarımızla birlikdə Şamaxı rayonunun Məlikçobanlı kəndi yaxınlığında vulkan püskürən əraziyə baxış keçirdik. Bu, zəif vulkandır. Yəni elə də ciddi zərərlərlə nəticələnməyən vulkandır. Əraziyə baxış keçirən zaman gördük ki, püskürmə nəticəsində tullantılar axaraq yalnız mərkəzi hissədə qalıb və geniş əraziyə yayılmayıb”.
Şöbə müdiri: “Şamaxıdakı Məlikçobanlı vulkanı sonuncu dəfə 42 il bundan əvvəl püskürüb”
Şöbə müdirinin sözlərinə görə, Məlikçobanlı vulkanı nisbətən zəif püskürən vulkandır: “Ümumilikdə, Məlikçobanlı vulkanı bu günə qədər 4 dəfə püskürüb. Sonuncu dəfə 1977-ci ildə püskürüb. Bu vulkanın indiyə qədər püskürməsi nəticəsində heç bir xəsarət alan olmayıb və ümumiyyətlə, vulkanın heç bir zərəri müşahidə olunmayıb”.

Qeyd edək ki, Məlikçobanlı vulkanı mayın 28-də gecə saatlarında püskürüb.

Xatırladaq ki, bu ilin fevralında rayonun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi