azia.az
azia.az

Lənkəranda 9 nəfəri quduz itlər dişləyib - Video

25-04-2019, 08:01


Anoloji hadisələr nəticəsində səkkizi kişi və biri qadın olmaqla 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Lənkəranda 9 nəfəri quduz itlər dişləyib - Video
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.

Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra əksəriyyəti evə buraxılıb.

Onların hamısına sabah quduzluğa qarşı vaksin vurulacaq.
[media=http://https://www.youtube.com/watch?v=0un2tTeQYAI]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi