azia.az
azia.az

Ağdamda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert və ağacəkmə aksiyası ilə qeyd olunub

10-04-2019, 17:17

Respublikamızın 10 milyonuncu sakininin Ağdam rayon sakinləri Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gəlməsi bütün ölkə vətəndaşları kimi ağdamlıların da böyük sevincinə səbəb olub.
Əlamətdar hadisə münasibətilə Ağdam rayonunun girişindəki Soltanbud təpəsində ağacəkmə aksiyası keçirilib, rayonun yaşayış məntəqələrində konsert proqramları təşkil olunub.
Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən konsert cəbhə bölgəsinin sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanda müsbət demoqrafik şəraitin bərqərar olmasını ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirib və rayon sakinlərini təbrik edib.
Tədbir iştirakçıları rayonun incəsənət və mədəniyyət kollektivlərinin bir-birindən maraqlı ifalarını izləyib, şən mahnılarını dinləyiblər.
Ağdamda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert və ağacəkmə aksiyası ilə qeyd olunub
Ağdamda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert və ağacəkmə aksiyası ilə qeyd olunub
Ağdamda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert və ağacəkmə aksiyası ilə qeyd olunub
Ağdamda 10 milyonuncu sakinin dünyaya gəlməsi konsert və ağacəkmə aksiyası ilə qeyd olunub

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi