azia.az
azia.az

Daşkəsəndə 2 fevral Gənclər günü qeyd olunmusdur

31-01-2019, 11:23

Daşkəsəndə 2 fevral Gənclər günü qeyd olunmusdur
Aziz.az xəbər verir ki,Daşkəsən şəhər Mədəniyyət mərkəzində 2 fevral Azərbaycan Gəncləri gününün 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilmişdir. Gənclər günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirə rayonun bütün yaşayış məntəqələrini əhatə etməklə ötən il müxtəlif nominasiyalar üzrə qalib olmuş gənclər dəvət olunmuşdular.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov toplantını açıq elan edərək bildirdi ki, gənclər bizim gələcəyimizdir. Biz onların inkişafı, vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, istedadlı gənclərin aşkara çıxarılması gənclərin vahid ideologiya ətrafında birləşdirilməsi üçün ulu öndərimizin siyasətinə sadiq qalaraq daim düşünür, hər yerdə gənclərə yaşıl işıq yandırırıq. Öz hərtərəfli fəaliyyəti ilə seçilən Gənclər və İdman Nazirliyi də məhz bu məqsədlə ulu öndərimizin böyük uzaqgörənliyi ilə yaradılmışdır.

Müstəqillik dövrünün ilk illərində öz talelərinin ümidinə buraxılan Azərbaycan gəncliyi bu günkü şən həyata və xoş gələcəyə görə ulu öndərimizə daimi borclu və minnətdardır. Məhz əbədiyaşar ulu öndərin təşəbbüsü və sərəncamları ilə 1994-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyi təşkil edilmişdir. Bu günkü gənclər gününün də yaradıcısı və təşəbbüsçüsü Ulu öndər olmuşdur. Heydər Əliyevin özünün bilavasitə iştirakı ilə bir neçə dəfə Azərbaycan gənclərinin forumu keçirilmişdir.

Biz fəxr edirik ki, müstəqil Azərbaycanın yetirmələri olan, təhsilimizdə, idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial iqtisadi həyatda xalqımızı layiqincə təmsil edən, aktiv fəaliyyət göstərən savadlı, böyük intellektual dünyagörüşünə, dərin biliyə malik olan gənclərimiz vardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan gəncliyinin ehtiyac və qayğılarının, problemlərinin həlli üçün həmişə maraqlanmış,onlara daim kömək göstərmişdir. Bu gün “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı uğurla icra olunmaqdadır.

Rayon gənclərinə diqqət və qayğını indi də hər birimiz prioritet vəzifə kimi qəbul edirik.Bu gün özünü gənc kimi hiss edən, gənclərlə birgə olan, onların arzuları ilə, qayğıları ilə yaşayan hər birimizin bayramıdır. Bu bayram münasibətilə hamınızı təbrik edir, möhtərəm Prezidentimizin gənclər qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icra edilməsində müəvəffəqiyyətlər arzulayıram.

Nitqinə davam edən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov 2018-ci il ərzində idarə tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə də ətraflı məruzə etdi.

Daşkəsən rayon Mədəniyyət mərkəzinin kollektivi adından 2 fevral Azərbaycan gəncləri gününün 18-ci ildönümü münasibəti ilə hər bir gənci təbrik edən Mətanət Abdullayeva da çıxışında qeyd etdi ki, XX əsrdə Azərbaycan xalqının tərəqqisi və sivil dünyaya qovuşması üçün müstəsna tarixi xidmətlər göstərmiş nəhəng siyasətçi və dövlət xadimi Ümummilli liderimiz Heydər Əliyevin xalqa arxalanan, ondan güc alan fəaliyyətində gəncliyə münasibəti həmişə xüsusi seçilmişdir. Bu böyük insan respublikamızın inkişafını heç vaxt gənclərsiz təsəvvür etməmiş, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini vətənimizin hərtərəfli yüksəlişinə səfərbər etmişdir.

Müstəqil Azərbaycan Dövlətinin gənclər siyasətinin formalaşmasında gənc nəsilin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I forumu xüsusi hadisə oldu. 1996-cı ilin fevralın 2-də açılan forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu.

Gənclər günü ilə bağlı keçirilən dəyirmi masada Daşkəsən Rayon İcra Hakimiyyətinin sektor müdiri Vüqar Məmmədov çıxış edərək RİH-nin Başçısı cənab Əhəd Abıyevin səmimi təbriklərini gənclərə çatdıraraq onları təbrik etdi. Vurğuladı ki, bu gün respublikamızin hər yerində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclər siyasəti və idman sahəsində yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Respublikanın hər bir şəhər və rayonunda yüksək səviyyədə quruculuq və abadlıq işləri aparılır. Hörmətli

başçımız cənab Əhəd Abıyevin rəhbərliyi ilə qısa müddət ərzində rayonda iri miqyaslı quruculuq, abadlıq işləri görülmüş və hazırda da davam etdirilir.

V.Məmmədov xüsusi ilə qeyd etmişdir ki, 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə rayonumuza tarixi səfər etmiş, bir çox inzibati binaların, o cümlədən Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak etmişlər. Təlim və İstirahət Mərkəzinində gənclər üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə müstəqil Azərbaycan Respublikasının gəncləri Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq olmalı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.

Məruzə ətrafında gənclər adından çıxış edən Aşağı Daşkəsən kənd tam orta məktəbinin müəllimi Səbinə Qədirova, Tarix-diyarşünaslıq müzeyinin direktoru Qəribova Günel, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri Nigar Məmmədzadə, Rəqsanə Qurbanlı və digərləri çıxış etmiş, Heydər Əliyev ideyalarının Azərbaycanda uğurla həyata keçirilməsi üçün bütün gənclərimizi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırmışlar.

Tədbirin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən bir qrup gəncə rayon Gənclər və İdman İdarəsi adından qiymətli hədiyyələr verilmiş, çay süfrəsi arxasında müzakirələr davam etdirilmişdir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi