azia.az
azia.az

Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri DANIŞDI

24-06-2021, 18:14


Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə 10 saylı bağçanın müdiri Leyla Məmmədova rayonda bağçalara ayrılan ərzaqları satdırırlar
.Bərdənin icra başçısı bağçalara ayrılan ərzaqları satdırır? — Bağça müdiri DANIŞDI
Azia.az xəbər verir ki, bu barədə demokrat.az-a Bərdə sakinlərindən daxil olan məlumatda iddia edilir.

İddialara görə, Bərdədə Vidadi İsayevin “kadrı” kimi tanınan Leyla Məmmədova bir müddətdir ki, rayonda fəaliyyət göstərən bağçaları kurasiya edir. Onu bu vəzifəyə Vidadi İsayev təyin edib.

Qeyd edilir ki, son il yarımda pandemiya ilə əlaqədar tədris müəssisələri və bağçalar aktiv faəliyyət göstərməsələr də, burada böyük miqdarda vəsait silinib.

İddia edilir ki, Leyla Məmmədova bağçalarla yanaşı, rayonda məktəb direktorlarının təyin edilməsində də rol oynayır.

Digər iddiaya görə isə Leyla Məmmədova yaxın zamanda rayonda yüksək vəzifəyə təyin ediləcək.

Məsələylə bağlı sayt Leyla Məmmədova ilə əlaqə saxlayıb.

O, açıqlamasında bu iddiaların əsassız olduğunu bildirib:

“Hər bir iddia əsaslı olmalıdır. Bu iddialar isə əsassızdır. Məsələnin doğruluq payı yoxdur. Bu cür əsassız iddiaları səsləndirənlər də məhkəmə qarşısında cavab verəcəklər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi